Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:51

Tofiq Yaqublu: 'Necə ki, Ramiz Mehdiyevin kürəkəninin…'


Tofiq Zaqublu_ 16 oktzabr 2010
Tofiq Zaqublu_ 16 oktzabr 2010

"Bu proses canlı yayımlanmalıdır və bütün media nümayəndələrinə prosesdə iştirak etməyə imkan yaradılmalıdır. Necə ki, Ramiz Mehdiyevin kürəkəninin və onun qudasının məhkəmə prosesində mediaya imkan verilmişdi".

Bunu bu gün, avqustun 25-də Nizami Rayon Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu özünün məhkəməsində deyib.

Bu barədə Azadlıq Radiosuna T.Yaqublunun yaxınları məlumat veriblär. Onların qeyd etməsinə görə, lakin koronavirus pandemiyası səbəb göstərilərək növbəti dəfə bəzi jurnalist və fəallar məhkəmə prosesinə buraxılmayıb. Bu addım zalda sıxlığın yaranmasına imkan verməmək istəyi ilə izah edilir.

Verilən məlumata görə, Tofiq Yaqublunun vəkilləri fasilə zamanı müdafiə etdikləri şəxs ilə konfidensial söhbət etmək üçün hakimdən 5 dəqiqə vaxt istəyiblər. Onların qeyd etməsinə görə, hakim Nəriman Mehdiyev buna icazə versə də, prosesdə iştirak edən konvoy konfidensial söhbəti zamanı vəkilləri və T. Yaqublunu tək buraxmayıblar. Amma bu deyilənlərə, hələlik, Ədliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Nahar fasiləsindən sonra proses şahid ifadəsi ilə davam edib. Növbəti məhkəmə prosesi avqustun 26-na təyin olunub.

Tofiq Yaqublu hadisə yerində, o vurulmuş avtomobolinin fotosunu çəkir
Tofiq Yaqublu hadisə yerində, o vurulmuş avtomobolinin fotosunu çəkir

T. Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T. Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T. Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma T. Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. "8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır", - o yazmışdı.

Xatırlatma

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti R.Mehdiyevin kürəkəni, keçmiş deputat İ.Əliyevin qızının toyu olduğu bildirilir. Avqustun 22-də Abşeron Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyevin kürəkəni, keçmiş deputat İ.Əliyev və onun qudası R.Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar. Onlar məhkəməyə əlləri qandallı şəkildə gətirilib.Prossdən bir çox jurnalistlər canlı yayım verib. Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda toylar müvəqqəti qadağan edilib.

XS
SM
MD
LG