Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:30

Günə onminlərlə yeni yoluxma qeydə alınır


Argentina, arxiv fotosu
Argentina, arxiv fotosu

Avqustun 26-da Hindistan, Braziliya, Birləşmiş Ştatlar və Kolumbiyanın hərəsində koronavirusa onminlərlə yeni yoluxma qeydə alınıb.

Hindistan gündəlik 38 mindən çox yeni yoluxma ilə bu dörd ölkə içində birinci olub. Bu gün – avqustun 27-də isə 75 mindən çox yeni yoluxma açıqlanıb. Ölkədə ümumi yoluxma sayının 3,3 milyondan artıq olduğu bildirilir.

Asiyada koronavirusdan ən çox ziyan görmüş bu ölkə göstəricilərə görə dünya üzrə yalnız Birləşmiş Ştatlar və Braziliyadan geri qalır. Son 24 saatda 1023 ölü sayı isə COVID-19-dan ölənlərin ümumi sayını 60 min 472-yə yüksəldib.

Birləşmiş Ştatlarda 38 min yeni yoluxma və 1241 ölüm qeydə alınıb. Ölkədə ümumi ölü sayı 180 minə yaxınlaşır. Ölkə üzrə yeni yoluxmaların təxminən yarısı üç ştatın – Texas, Kaliforniya və Floridanın payına düşür.

Braziliyada avqustun 26-da təsdiqlənən 37 min yeni yoluxma ilə ümumi yoluxma sayını 3,7 milyonu keçib. Kolumbiyada isə yoluxmalar 10 mindən çox artaraq 570 mini keçib.

Avstraliya, Cənubi Koreya

Avstraliyanın Viktoriya ştatında son iki ayda ən az gündəlik yoluxma qeydə alınıb. 5 milyonadək əhalisi olan ştatda karantin rejimi virusun yayılmasını önləyə bilib. Melburnda karantin sentyabrın sonunda bitməlidir və rəsmilər artıq qadağaları yüngülləşdirməyi planlaşdıra bilərlər.

Avstraliyada indiyədək 25 min 500-ə yaxın yoluxma, 572 ölüm qeydə alınıb.

Cənubi Koreyada isə avqustun 27-də son ayların ən yüksək göstəricisi – 441 yeni yoluxma açıqlanıb. Hakim orqanlar artımı bu yaxınlarda kilsədə və ayın əvvəlində hökumətə qarşı yürüşdə yoluxmalarla əlaqələndirir, ancaq eyni zamanda işçi sayı çox olan iş yerlərində yeni klastrların mümkünlüyü haqda xəbərdarlıq edirlər.

Səhiyyə naziri Park Neung-hoo iş yerlərində daimi yoxlamalar aparmağa, əhalini evdən işləməyə çağırıb.

Cənubi Koreyada indiyədək koronavirusa 18 min 706 yoluxma, 313 ölüm qeydə alınıb.

Çindən artıq 11-ci gündür ölkədaxili yoluxma qeydə alınmadığı bildirilir. Səkkiz yeni yoluxmanın ölkəyə xaricdən gəldiyi, 324 nəfərin hazırda müalicə aldığı qeyd olunur.

Hazırda dünyada 24 milyondan çox yoluxma təsdiqlənib, ölü sayı 826 minə yaxınlaşmaqdadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG