Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 12:52

148 yeni yoluxma, 1 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, avqustun 26-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 35707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33281 nəfər müalicə olunaraq sağalıb, 522 nəfər vəfat edib, aktiv xəstə sayı 1904 nəfərdir".

Qərargahdan bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6 min 791, ötən müddət ərzində isə ümumilikdə 892 min 70 test aparılıb.

Rəsmi qurumların bildirməsinə görə, bundan başqa, Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.

Azərbaycanda koronavirusa ilk yoluxa halının bu il fevralın 28-də aşkarlandığı açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 24 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 820 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG