Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:03

Bayramov və Lavrov görüşüb


C.Bayramov və S.Lavrov
C.Bayramov və S.Lavrov

"Biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha aktiv rol oynamasına xüsusi ümid bəsləyirik".

TASS agentliyin məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 26-da rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, bu xüsusi ümid Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və regionun böyük dövləti olması ilə bağlıdır.

Nazir qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması əsasında olmalıdır: "Hesab edirik ki, beynəlxalq birlik, eləcə də həmsədr ölkələr substantiv danışıqların davam etdirilməsi baxımından Ermənistanın daha konstruktiv mövqe tutması üçün ona təsir göstərməlidir".

C.Bayramov vurğulayıb ki, münaqişənin nizamlanmasında irəliləyiş nəzərə çarpmır və Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamağa davam edir.

Nazir qeyd edib ki, yerli azərbaycanlılar o ərazilərdən didərgin salınıb, onların evlərində isə xaricdən, o cümlədən Yaxış Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır.

Rusiyanın Xarici İşlər naziri S.Lavrov isə çıxışında onların danışıqlarının nəticəsindən və Azərbaycan-Rusiya ikitərəfli münasibətlərdən də söz açıb: "Danışıqlarda ikitərəfli münasibətlərimizə baxdıq, regional və beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi apardıq. Yüksək səviyyədə əldə olunan razılıqların həyata keçirilməsindən məmnunluğumuzu bildirdik".

Nazirlərin görüşü planlaşdırılır

O vurğulayıb ki, ATƏT-in Minsk qrupun həmsədrləri Bakıya, Yerevana səfərlər etməyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar.

S.Lavrov qeyd edib ki, Moskva və Bakı İrana qarşı ABŞ-ın birtərəfli sanksiyalarına baxmayaraq, Rusiya-Azərbaycan-İran enerji körpüsü layihəsini həyata keçirmək niyyətindədir.

Azərbaycanın Xarici İşlər naziri C.Bayramov bu gün, avqustun 26-da Rusiyaya səfər edib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG