Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:23

Rusiyanın müdafiə naziri Ermənistana təyyarələrlə daşınan yükün silah olmadığını deyir


Azərbaycanın müdafiə naziri Zakir Həsənov (sol) və Rusiyanın müdafiə naziri Sergei Shoigu, Bakı, 25 avqust 2020
Azərbaycanın müdafiə naziri Zakir Həsənov (sol) və Rusiyanın müdafiə naziri Sergei Shoigu, Bakı, 25 avqust 2020

Avqustun 25-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Məlumata görə, Z.Həsənov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil bütün regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu qeyd edən Azərbaycanın müdafiə naziri vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar kimi Rusiya da ölkəmizin ərazi bütövlüyünü tanıyır, onun müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır” deyə açıqlamada qeyd olunur.

Məlumata görə, S.Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması barədə son zamanlar mətbuatda yayılan məlumatlara münasibət bildirib:

“Qeyd edib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib”

Açıqlamaya görə, tərəflər həmçinin beynəlxalq, regional təhlükəsizlik məsələləri, hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İlham Əliyev və Sergei Shoigu, Bakı, 25 avqust 2020
İlham Əliyev və Sergei Shoigu, Bakı, 25 avqust 2020

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu bu gün, avqustun 25-də Azərbaycana gəlib. O daha əvvəl Prezident İlham Əliyevin qəbulunda olub. S.Şoyqunun "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçirilən "Dəniz Kuboku" beynəlxalq müsabiqəsinin açılışında (avqustun 25-i) iştirak etmək məqsədi ilə Azərbaycana gəldiyi bildirilir.

"Beynəlxalq Ordu Oyunları-2020" yarışlarının bu il avqustun 23-də başladığı açıqlanıb. Onun sentyabrın 5-dək davam edəcəyi gözlənir. Həmin oyunlar 11 ölkənin ərazisində keçirilməlidir. "Dəniz Kuboku" beynəlxalq müsabiqəsinin isə sentyabrın 4-dək davam etməsi planlaşdırılır.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG