Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:26

İranda koronavirusdan ölənlərin sayı 21 mini keçdi


Tehran, 4 avqust, 2020-ci il
Tehran, 4 avqust, 2020-ci il

Tehran Şəhər Şurasının üzvü ötən bazar günü deyirdi ki, paytaxtda COVID-19-dan ölü sayı 10 min 200-ə çatıb

İranda yeni koronavirusdan ölü sayı 119 nəfər artaraq 21 min 20-yə çatıb. Açıqlamanı Səhiyyə Nazirliyinin sözçüsü bu gün – avqustun 26-da dövlət televiziyasına verib. Ölkədə 365 mindən artıq yoluxma təsdiqlənib.

Tehran Şəhər Şurasının üzvü ötən bazar günü deyirdi ki, paytaxtda COVID-19-dan ölü sayı 10 min 200-ə çatıb.

Nahid Khodakarami şuranın iclasında çıxışında Məhərrəm ayı mərasimlərinin xəstəliyin yayılmasına təsiri və üçüncü dalğayla bağlı xəbərdarlıq edib.

Rəsmi statistika ətrafında şübhələr

İranda iyunun ortasından koronavirusla bağlı vəziyyət pisləşib, gündəlik ölü sayı ilk dəfə olaraq 100-ü keçib və sonucda 200-ə çatıb. Tehranda vəziyyətin xüsusilə ağır olduğu bildirilib, “qırmızı zona” elan edilib.

Tehranın “gecə əhalisi” 8,7 milyon nəfərdir. Şəhərin meri Pirouz Hanachi-nin sözlərinə görə, hər gün ətraf şəhərlərdən 3 milyondan çox insan şəhərə gəlir.

Günorta vaxtı paytaxtda ölkənin ümumi 83 milyonluq əhalisinin 11 milyondan çox hissəsi olduğundan paytaxtda cəmin 10 min, ölkə üzrə 21 mindən çox ölü sayına dair rəsmi statistika inandırıcı görünmür.

Hətta Parlament Tədqiqat Mərkəzi hökumətin rəqəmlərini şübhə altına alıb, real qurbanların rəsmi statistikadan iki dəfə çox olduğunu bildirib.

Səhiyyə Nazirliyi aprelin 13-dən ayrı-ayrı vilayətlər üzrə yoluxma və ölü sayını açıqlamağı dayandırıb, paytaxt Tehran, müqəddəs Qum şəhəri üzrə heç vaxt rəqəm açıqlamayıb. İranda pandemiyanın məhz dini paytaxt olan Qum şəhərindən başlandığı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG