Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:20

Gündəlik COVID-19-a yoluxanların sayı sağalanların sayın üstələyib


Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı, bu gün, avqustun 22-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 35105 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 32842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 nəfərdir”

Qərargahdan verilən açıqlamaya görə, ölkədə bu virusa yoluxmanın aşkarlanması ilə bağlı son sutka ərzində 6557, hazırkı dövrədək isə 868345 test aparılıb. Rəsmi qurumların bildirməsinə görə, bundan başqa, Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var. Azərbaycanda koronavirusa ilk yoluxa halının bu il fevralın 28-də aşkarlandığı açıqlanıb.

Son günlər ölkədə yoluxma sayında artım olduğu qeyd edilir. Artıq, bir müddət idi gündəlik virusa yoluxanların sayı, ondan sağalanların sayından az olurdu.Bu gün, avqustun 22-də yenidən əks nəticə üzə çıxıb.Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martın 24-dən karantin rejimidir.Son həftələr rejimdə müəyyən yumşaldılmalar edilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 23 milyon 180 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 804 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG