Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:25

ABŞ prezidentliyinə namizədlər: Trump və Biden


D.Trump/J.Biden

Azad Avropa/Azadlıq Radioları ABŞ-da prezident seçkisinə namizədlərin portretlərini hazırlayıb. Hazırkı prezident Donald Trump Respublikaçılar Partiyasını, keçmiş vitse-prezident Joe Biden isə Demokrat Partiyasını təmsil edir.

D.Trump
D.Trump

Trump-ın prezidentliyinin yaddaqalan məqamları

Prezident Donald Trump, 2016-cı ildə olduğu kimi, indi də rəy sorğularında geri qalır. Ancaq dörd il qabaq demokrat Hillary Clinton-u məğlub etməklə bir çox təhlilçiləri təəccübləndirmişdi. Builki seçkidə koronavirus pandemiyasının, iqtisadi problemlərin rolu az deyil...

Tənqidçilər Trump-ın pandemiyanın yayılmasına ləng reaksiya verdiyini desələr də, o, günahı Çinin üzərinə yıxır. Davamı

J.Biden
J.Biden

'Joe dayı' prezident seçilərsə...

77-yaşlı keçmiş ABŞ senatoru 1988 və 2008-ci illərdə də prezidentlik uğrunda mübarizə aparsa da, buna nail olmayıb...

Joe Biden noyabrın 3-də seçkini udarsa, indiyədək ali posta seçilmiş ən yaşlı prezident olacaq, çünki bir neçə həftəyə 78 yaşı tamam olur. İndiyədək rekord Trump-a məxsus idi, 2016-cı ildə 70 yaşı tamamlanmışdı.

Trump-dan cəmi dörd yaş böyük olmasında baxmayaraq, Biden-in yaşı seçki yarışında bir məsələ kimi qaldırıla bilər. O, təkcə böyük təbəssümü ilə deyil, saysız səhvləri ilə də tanınır, statistikanı, adları qarışdırır. Davamı

XS
SM
MD
LG