Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:52

'Joe dayı' prezident seçilərsə...


Joe Biden Pensilvaniyada, 9 iyul, 2020-ci il
Joe Biden Pensilvaniyada, 9 iyul, 2020-ci il

Biden 1988 və 2008-ci illərdə də prezidentlik uğrunda mübarizə aparsa da buna nail olmayıb

Demokrat Partiyası 2020-ci il prezident seçkisində Joe Biden-in namizədliyini irəli sürüb.

Biden bir neçə ay öncə praymeriz seçkilərində qələbə qazanmışdı, avqustun 18-də isə onun namizədliyi rəsmən təsdiqlənib. Biden siyasi karyerasında 30 ildən çoxdur məhz bu hədəfə can atır.

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Todd Prince 77 yaşlı keçmiş ABŞ senatorunun profilini hazırlayıb. Biden 1988 və 2008-ci illərdə də prezidentlik uğrunda mübarizə aparsa da buna nail olmayıb.

Bəzilərinin fikrincə, Biden 2016-cı ildə daha bir cəhd etmək istərdi. O, səkkiz il müddətinə Prezident Barack Obama-nın vitse-prezidenti postunda olmuşdu. Ancaq bu dəfə də Hillary Clinton-un kölgəsində qaldı, Clinton həmin il demokratların favoritinə çevrildi.

Bir arada belə bir görüntü yarandı ki, Biden-in builki cəhdi də öncəki uğursuzluqların təkrarı olacaq.

O, namizədliyini 2019-cu ilin aprelində, bir neçə aylıq tərəddüddən sonra elan elədi. Artıq çoxu gənc, liberal, sola meylli onlarla namizəd seçki yarışına qoşulmuşdu.

Biden özünü ölkə üçün sabitlik mayakı kimi təqdim etdi, üç il – Prezident Donald Trump-ın hakimiyyəti altında ölkənin “döyüş zonasına” çevrildiyini iddia etdi.

İlkin rəy sorğuları Biden-in xeyrinə deyildi, bu ilin əvvəlində praymeriz seçkiləri başlananda o çarpışırdı, seçkilərin ilkin mərhələsində göstəriciləri elə də yaxşı deyildi. Gənc seçicilər daha liberal Bernie SandersElizabeth Warren, yaxid daha gənc mötədil namizədlərə meyllənirdilər.

Super Çərşənbə Axşamı hər şey dəyişdi

Hər şey fevralın sonunda Cənubi Karolinada dəyişdi, Biden əsasən afro-amerikalıların güclü dəstəyi ilə birinci oldu. Onun mötədil rəqibləri martın 3-də Super Çərşənbə Axşamı seçkilərindən öncə yarışmadan çəkildilər. Bəzilərinin şansları azalırdı, bəziləri də deyirdilər ki, Sanders namizəd olarsa, Trump-ın noyabr seçkisini udacağından ehtiyatlanırlar.

14 ştat və bir ərazinin səs verdiyi həmin gün Biden-in qələbəsinə yol açıldı. O, 10 ştatda qalib oldu.

Biden noyabrın 3-də seçkini udarsa, indiyədək ali posta seçilmiş ən yaşlı prezident olacaq, çünki bir neçə həftəyə 78 yaşı tamam olur. İndiyədək rekord Trump-a məxsus idi, 2016-cı ildə 70 yaşı tamamlanmışdı.

Trump-dan cəmi dörd yaş böyük olmasında baxmayaraq, Biden-in yaşı seçki yarışında bir məsələ kimi qaldırıla bilər.

O təkcə böyük təbəssümü ilə deyil, saysız səhvləri ilə də tanınır, statistikanı, adları qarışdırır.

Biden zaman-zaman rabitəsiz bəyanatlar da verib, məsələn, bir debatda deyib ki, ailələr birlikdə “patefon”da musiqiyə qulaq asa bilərlər. Halbuki, hələ on illər qabaq bu cihazı daha yeni texnologiyalar əvəzləyib.

Tənqidçilərin fikrincə, bütün bunlar onun zehni durumu haqda suallar yaradır. Biden isə bu yanlışların qismən cavanlığından qaynaqlanan kəkələməylə izah edib.

Ancaq bütün əngəllərə və qüsurlara baxmayaraq, Biden namizəd olmaq üçün xeyli siyasətçini arxada buraxmağı bacarıb.

Populyarlıq yarışması

Biden-in praymeriz seçkisindəki qələbəsi “sadə bir faktla izah oluna bilər ki, çox adam ‘Joe dayı’nı sevir”, – köşə yazarı Max Boot martda “Washington Post” qəzetində yazırdı.

“Kədərli olsa da etiraf etmək lazımdır ki, prezident seçkisi, tələbə şurasına seçkilər kimi, əslində populyarlıq yarışmasıdır, bu həqiqətdir”, – o qeyd edirdi.

2-ci Dünya müharibəsi dövründə orta sinif katolik ailəsində dünyaya göz açmış Biden seçiciləri ilə birbaşa kontakt yaradır, çünki özü də həyatda az çətinlik görməyib, təhlilçilər belə deyirlər. Onun həyat yoldaşı Neilia üç uşağıyla birlikdə Milad bazarlığı edərkən avtomobil qəzasında həlak olur. Onda 29 yaşlı Biden 1972-ci ildə bir neçə həftə idi ilk dəfə senator seçilmişdi.

Bir yaşlı qızları Naomi də ölür, oğlanları Hunter və Beau isə ağır xəsarət alırlar. Beau 2015-ci ildə beyin xərçəngindən vəfat etdi.

Biden deyir ki, bu faciədən sonra Senatdakı postundan əl çəkmək istəyib, sonradan fikrindən daşınıb. Həm işləmək, həm də övladlarının qayğısını qalmaq üçün hər gün Delaverdəki evindən Vaşinqtona qatarla 90 dəqiqə yol qət edir. “Amtrak Joe” ayamasını qazanır. Amtrak ABŞ-da sərnişin daşımaları üzrə dəmiryol şirkətidir.

Biden sonradan dəmiryolu nəqliyyatının təbliğatçısına çevrildi, 2020-ci il seçki kampaniyasında “dəmiryolu inqilabı”na çağırıb, bunun iqlim dəyişikliyinin də qarşısını alacağını deyib.

Xarici siyasət

Xarici siyasətə gəlincə, Biden-in hətta ABŞ-ın münasibətlərinin gərgin olduğu ölkə liderləri ilə belə əlaqə yarada bilən şəxs imici var. Siyasətdə olduğu yarım əsrdə yüzlərlə liderlə görüşərək xarici siyasət sərvəti yığa bilib.

Sovet İttifaqının çöküşündən sonra Biden NATO-nun Mərkəzi və Şərqi Avropaya genişlənməsini təbliğ edib, Gürcüstan və Ukraynanın bir gün Qərb hərbi alyansına qoşulmasına dəstək bildirib.

Biden-in və oğlunun Ukraynadakı işi də builki seçki kampaniyasında əngələ çevrilə bilər. Hunter Biden 2014-cü ildə Kiyevdəki Burisma Group təbii qaz şirkətinin idarə heyətində vəzifə təklifini qəbul edib. Onda atası vitse-prezident idi.

Trump dəlil ortaya qoymdan iddia edib ki, Biden Burisma və oğlu ilə bağlı təhqiqatı dayandırmaq üçün Ukrayna prokuroru Shokin-in işdən çıxarılmasına çalışıb. Hunter Biden hansısa qanunsuz addıma yol vermədiyini desə də, vəzifəni qəbul etməsini yanlış adlandırıb.

Kampaniya zamanı Biden deyib ki, Ukraynanı “ABŞ xarici siyasətinin prioriteti”nə çevirəcək, Rusiyanın Ukraynadakı hərəkətlərinə görə bədəl ödəməsi üçün avropalı müttəfiqlərilə işləyəcək.

O, Trump-ı NATO-ya zərbə vurmaqda, Rusiya Prezidenti Vladimir Putin və digər avtoritar liderlərlə münasibətləri istiləşdirməyə çalışmaqla ABŞ-ın maraqlarını qurban verməkdə ittiham edib.

XS
SM
MD
LG