Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:53

Kəramət Böyükçöl sərbəst buraxılıb


K.Böyükçöl

Avqustun 18-də polisin yaşadığı evdən tutub apardığı yazıçı Kəramət Böyükçöl bu gün, avqustun 19-da sərbəst buraxılıb.

Bu barədə yazıçının atası Qəşəm Nəcəfzadə məlumat verib. Onun sözlərinə görə, K.Böyükçöl heç bir inzibati məsuliyyətə cəlb olunmayıb.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Yazıçı Kəramət Böyükçöl saxlanıb

Avqustun 18-də saat 17:35 radələrində polis yazıçı Kəramət Böyükçölü (Nəcəfzadə) yaşadığı evdə saxlayaraq aparıb.

Bu zaman K.Böyükçöl özü sosial şəbəkə vasitəsilə canlı yayım edib.

Həmin canlı yayımda görünür ki, polislər onun yaşadığı evin qapısını döyüblər. Polislərə qapı açılıb və K.Böyükçöl onlardan niyə gəldiklərini soruşub. Polislər isə ondan qonşuların şikayət etdiyini deyiblər. K.Böyükçöl isə, öz növbəsində, ondan hansı qonşusunun şikayət etdiyini soruşub. Həmin vaxt bir mülkigeyimli şəxs də evə daxil olaraq canlı yayımı dayandırıb və gənc yazıçı evindən aparılıb.

Saxlanan yazıçı ilə bağlı araşdırma aparıldığı deyilir

Avqustun 18-də saxlanan gənc yazıçı Kəramət Böyükçöllə bağlı araşdırma aparılır. Bunu “Turan” agentliyinə Daxili İşlər Nazirliyin mətbuat xidmətindən bildiriblər.

Qeyd edildiyinə görə, K. Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini, bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər:

"Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb. Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”

Bu iddiyaya, hələlik, yazıçının kirayədə qaldığı evin sahibindən və onun qonşularından münasibət almaq mümkün olmayıb.

K.Böyükçöl son günlər sosial şəbəkədə paylaşımlar edərək prezident İlham Əliyevi tənqid edib. O, eyni zamanda, bəzi kütləvi informasiya vasitələrinə də müsahibələrində hakimiyyətlə bağlı bir çox tənqidi fikirlər söyləyib.

K.Böyükçöl hakimiyyətdən maddi baxımdan heç nə ummadığını, azadlıq istədiyini dilə gətirib. O, hakimiyyəti seçkilər və uşaqlara aylıq müavinətin verilməməsi ilə də bağlı tənqid edib.

Hakimiyyət rəsmiləri isə, bir qayda olaraq, ölkədə seçkilərin tam demokratik keçirildiyini, əhalinin, o cümlədən uşaqların sosial ehtiyaclarının ödənilməsi istiqamətində bir çox addımların atıldığını deyirlər.

Multimedia

XS
SM
MD
LG