Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 11:32

Rusiya Hollandiyaya etiraz notası verib


Rusiya xarici işlər nazirliyi, arxiv foto

Rusiya Xarici İşlər Nazirliyi Hollandiyaya etiraz notası verib. Buna səbəb Hollandiyadakı Rusiya hərbi attaşesinin rəsmi avtomobilindən "casus avadanlığı" nın tapılması ilə bağlı məlumatlar olub.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, bu cür hərəkətlər iki ölkə arasındakı onsuz da çətin münasibətləri daha çətinləşdirməkdə davam edir.

Moskva gələcəkdə bu cür hərəkətlərin təkrarlanmaması üçün təcili tədbirlər görməyə çağırır.

Hollandiya Televiziyası baş nazir Mark Rutte-nin hadisəni şərh etməkdən imtina etdiyini bildirir.

Son illərdə Rusiya və Qərb hökumətləri arasında casusluq ittihamları ilə bağlı hallar artıb.

"Moskva Times" qəzetinin məlumatına görə, Moskva ilə Qərb paytaxtları arasındakı münasibətlər Ukraynadakı böhranın başlanmasından və 2014-cü ildə Rusiyanın Krım yarımadasını ilhaq etməsindən bəri ən aşağı səviyyəyə çatıb.

XS
SM
MD
LG