Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:25

Potensial COVID-19 vaksinlərindən xəbər var


İllüstrativ foto

İsveçrə hökuməti ABŞ-ın Moderna şirkəti ilə 4,5 milyon dozalıq COVID-19 vaksini üzrə saziş bağlayıb. Təbii ki, şirkətin hazırladığı vaksin uğurlu olarsa.

“The Associated Press” agentliyi yazır ki, ilk dəfədir hər hansı hökumət şirkətlə belə bir saziş bağlayır.

İsveçrənin əhalisi 8,2 milyon nəfərdir və bu, əhalinin 25 faizindən çoxunun vaksinlə təmin olunması demək olacaq. İsveçrənin digər vaksin şirkətləri ilə də oxşar sazişləri araşdırdığı xəbər verilir.

Bu arada COVID-19 vaksininin təhlükəsiz və effektiv şəkildə ilk kimə vurulması ətrafında qızğın müzakirələr gedir.

Cənubi Koreyanın Genexine Inc şirkəti isə koronavirusun müalicəsində ilk eksperimental dərmanının birinci fazada klinik sınağına rəsmi təsdiq alıb. Məlumatı Ərzaq və Dərman Təhlükəsizliyi Nazirliyi bu gün – avqustun 7-də yayıb.

Genexine ayrılıqda bəyan edib ki, 60 iştirakçı üzərində koronavirus vaksininin birinci mərhələsinin sınağını aparır və nəticələri oktyabrda açıqlamağı planlaşdırır.

Hazırda dünyada 100-dən artıq potensial COVID-19 vaksini üzərində iş gedir.

Yeni koronavirusa dünyada 19 milyondan çox yoluxma təsdiqlənib, 715 mindən çox xəstə vəfat edib.

XS
SM
MD
LG