Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:11

Yol kənarına qoyulmuş bomba partlayıb, azı 11 nəfər ölüb


Əfqanıstan, arxiv fotosu

Əfqanıstanın şimalında yol kənarına qoyulmuş bomba azı 11 nəfərin həyatına son qoyub.

Bağlan vilayəti polisinin sözçüsü Ahmad Javid Besharat deyib ki, bomba keçmiş vilayət rəsmisinin mühafizəçiləri və ailə üzvlərinin olduğu maşına dəyərək partlayıb.

Vilayət şurasının keçmiş üzvü Mahbubullah Ghafari partlayışda xəsarət almayıb.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb, ancaq əvvəllər oxşar hücumlara görə Taliban qruplaşması günahlandırılıb.

Taliban ölkə boyunca hücumları gücləndirib, ölkənin şimalında əfqan qüvvələri daha çox hücuma məruz qalır.

Ötən ay talibançılar şimaldakı Samangan vilayətində əsas kəşfiyyat agentliyinin ofisinə hücum edib, 11 təhlükəsizlik əməkdaşı öldürülüb, çoxu dinc sakinlər olmaqla onlarla şəxs yaralanıb.

Fevralda Birləşmiş Ştatlar ilə ilkin sülh sazişi imzalamasına baxmayaraq Taliban Əfqanıstanda mütəmadi hücumlar təşkil edir.

XS
SM
MD
LG