Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:06

Yaxşı məsləhət vermək incəsənəti


Aparılan çoxsaylı araşdırmalar göstərir ki, məsləhət verən tərəf onu alan tərəfdən daha çox fayda götürür
Aparılan çoxsaylı araşdırmalar göstərir ki, məsləhət verən tərəf onu alan tərəfdən daha çox fayda götürür

Torontoda çalışan kouçinq (konsultasiya köməyi) mütəxəssisi və publisist Michael Bungay Stanier hesab edir ki, çoxumuz məsləhət verməyə tələsirik. Bu müşahidə onu "Məsləhət tələsi" (The Advice Trap) adlı kitab yazmağa vadar edib. Bu kitabda o iddia edir ki, cəmiyyət bizə uğurun hər şeyin cavabını bilməkdən asılı olduğu fikrini yeridir; hamıya məsləhət vermək tendensiyası da buradan qaynaqlanır.

BBC yazır ki, əksər hallarda bunu yaxşı niyyətlə edirik – insanlara kömək etmək istəyirik. Ancaq hər dəfə məsləhət verməyə çalışanda Stanier-in içimizdəki "məsləhət monstrı" adlandırdığı varlığı oyadırıq. Ekspert hesab edir ki, bunu etməməliyik. Çünki işimizin-gücümüzün belə çox vaxtında böyük ehtimalla yanlış məsləhət verəcəyik. Yaxud da məsləhət verdiyimiz adamla yeni tanış olduğumuzdan bunu etməyə dəyməz.

Dunning–Kruger effekti

Koqnitiv qərəz verdiyimiz məsləhəti bizə əslində olduğundan daha yaxşı göstərir. İnsanların öz bacarıqlarını əslində olduğundan daha yaxşı görməsinə səbəb olan koqnitiv qərəzlərin sayı çoxdur. Məsələn, Dunning–Kruger effekti insanların öz cahilliklərindən xəbərsiz qalmasına səbəb olur. Bu zaman onlar inanırlar ki, malik olduqları səthi bilik, yaxud yanlış qənaətlər onların bu mövzuda fikir yürütməsi üçün kifayətdir. "Çox zaman məsləhəti nə qədər əminliklə versən, o bir o qədər yanlış olacaq. Həmin mövzuda yaxşı biliyin varsa, "Baxır necə. Bu o qədər də asan deyil" tipdə cavablar verə bilərsən", – Bungay Stanier deyir.

O hesab edir ki, hamımızın içində bir məsləhət mostrı yatır. Ancaq bəzilərininki daha tez oyanır. Onu ram etmək üçün ilk addım onun nə qədər tez işə düşməsinə diqqət etməkdir.

Onu nəzarətdə saxlamağın daha bir yolu məsləhət verməyin insana etimadı zədələyə bilməsi haqda düşünməkdir. İstənməyən məsləhət vermək stress yarada bilər. Üstəlik, bəzən yaxşı məsləhət tənqid kimi qəbul edilir.

Ancaq bəzən məsləhət verməyi dayandırmaq çətin olur. Çünki insanlar məsləhət verəndə, xüsusilə də kimsə onlardan məsləhət istəyəndə özlərini yaxşı hiss edirlər. Aparılan çoxsaylı araşdırmalar göstərir ki, məsləhət verən tərəf onu alan tərəfdən daha çox fayda götürür. Məsələn, 2018-ci ildə aparılan bir araşdırma nəticəsində məlum olub ki, məsləhət vermək iştirakçılara məsləhət almaqdan daha çox motivasiya və əminlik qazandırıb.

Məsləhətin eqoya təsiri

"Kimsə bizdən məsləhət istəyəndə bu bizim eqomuza yaxşı təsir edir. Bu bizim tanınmaq, status və hakimiyyətə malik olmaq arzumuzu təmin edir. Üstəlik, məsləhət verən zaman hər hansı şəxsi risklə üzləşmirsiniz", – Bungay Stanier deyir.

Sinqapur Menecment Universitetinin professoru Michael Schaerer-in araşdırmasına görə, məsləhət vermək güc hissimizə təsir edir. Üstəlik, bunun istənən, yaxud istənməyən məsləhət olması hər hansı rol oynamır.

Beynəlxalq Liderlik Kouçinqi Mərkəzinin direktoru Julia Milner deyir ki, əgər iş yerində sizdən tez-tez məsləhət istəyirlərsə, bunun çıxış yolu kouçinqdir. Kouçinq insanlara öz həll yollarını axtarıb tapmaqda yardım edir. Burada siz məsləhət yox, suallar verirsiniz. "Bu, insanlara nə etməli olduqlarını deməkdən daha çox motivasiya verir", – Milner deyir. Onun sözlərinə görə, kouçinq ilk vaxtlar daha çox vaxt alsa da, uzunmüddətli perspektivdə vaxta qənaət edir. Çünki artıq insanlar hər xırda şeyə görə məsləhət istəmək üçün sizin yanınıza gəlməyəcəklər. Onun apardığı tədqiqat göstərib ki, kouçinq komanda və liderlərdə motivasiya və məhsuldarlığı artırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG