Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:46

Asiyada yoluxmalar artır


Pekində test üçün növbəyə durublar, arxiv fotosu
Pekində test üçün növbəyə durublar, arxiv fotosu

Birləşmiş Ştatlarda hökumət ikinci rübün hesabatını yayıb, pandemiyanın ABŞ iqtisadiyyatında son 70 ildən də artıq bir müddətdə ən böyük azalmaya səbəb olduğu üzə çıxıb

Asiyada bir çox ölkələr yeni koronavirusa yoluxmaların artdığını xəbər verir.

Çin Sintzyan (Sincan) regionunun paytaxtında hərəkət məhdudiyyətləri tətbiq edib. Vyetnam isə iyulun 31-də Dananq şəhərində koronavirusa 45 yeni yoluxma qeydə alıb.

Filippin Prezidenti Rodrigo Duterte iyulun 31-də deyib ki, paytaxt Manilada koronavirus qadağaları avqustun ortasınadək qüvvədə qalacaq. O, infeksiyalarda artımla mübarizə məqsədilə pulsuz vaksinlərin vurulacağını elan edib.

İyulun 31-də Avstraliyanın Viktoriya ştatında yoluxmalarda ikinci gün ardıcıl rekord qeydə alınıb.

Honq Konqda bir günə 150 yeni yoluxma təsdiqlənib. Bundan öncə restoranların qapalı məkanda işinin qadağan olunması qərarı ləğv edilmişdi. İnternetdə səkilərdə, parklarda yemək yeyən işçilərin fotoları yayılandan sonra bu qərar tənqid olundu.

Yeni koronavirusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyada 673 mindən çox insan dünyasını dəyişib, 17,2 milyon yoluxma təsdiqlənib.

ABŞ-da rüblük 32,9 faiz azalma

Birləşmiş Ştatlarda hökumət ikinci rübün hesabatını yayıb, pandemiyanın ABŞ iqtisadiyyatında son 70 ildən də artıq bir müddətdə ən böyük azalmaya səbəb olduğu üzə çıxıb.

Aprel-iyun aylarında ABŞ-da ümumdaxili məhsul ötən ilin eyni dövrüylə müqayisədə 32,9 faiz azalıb. Hesablamanı İqtisadi Təhlil Bürosu aparıb.

1947-ci ildə ölkədə iqtisadi artımda ən kəskin rüblük azalma qeydə alınmışdı.

Son həftələr ölkə üzrə artmaqda olan yoluxmalar orta-qərb hissəyə – Ohayo, Kentukki, Tennessi, Missuri, Kanzas, Nebraska ştatlarına keçir. Ohayoda yanvardan bəri yoluxmalarda ən böyük günlük rəqəm təsdiqlənib.

Virus bu ştatlara cənubdan “tətil və digər səyahət səbəbləri ilə gedir”, – Ağ evin koronovirusla mübarizə üzrə işçi qrupunun koordinatoru Dr. Deborah Birx “Fox News”a müsahibəsində deyib.

“Əlbəttə, Qərb Sahildə – Vaşinqton, Oreqon, Kaliforniya, Aydaho, Yutada problemlərimiz qalıb, indi də Koloradoda artım var”, – Birx deyib.

Florida və Arizona ştatlarında yoluxma sayında azalma baş verir. Rəsmilər Kaliforniya və Texasda da eyni şeyin baş verdiyini vurğulayırlar. Ancaq Florida və Arizonada COVID-19-dan gündəlik ölüm hallarında artım var.

Dünya Səhiyyə Təşkilatı (DST) iyulun 30-da tövsiyə edib ki, yalnız fövqəladə hallar, humanitar fəaliyyət, vacib personalın səyahətinə bir də vətənə qayıdışa üstünlük verilsin.

DST hər bir ölkəni ö üzü üçün risk-mənfəət təhlili aparmağa, beynəlxalq səyahətləri bərpa etməzdən öncə prioritetlərini müəyyənləşdirməyə çağırıb.

XS
SM
MD
LG