Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:52

Koronavirus milyonlarla əfqanı yoxsulluğa sürükləyir


Kabildə şirniyyat dükanı

Koronavirus pandemiyası milyonlarla əfqanı yoxsulluğa sürükləyir, ölkənin səhiyyə sistemini çökdürür, ərzaq çatışmazlığını gücləndirir. İyulun 30-da Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş İnspektor (SIGAR) bu haqda hesabat açıqlayıb.

Hesabatda deyilir ki, zorakılığın artdığı bir dönəmdə pandemiyanın dağıdıcı təsiri dünyanın ən yoxsul ölkələrindən birini “humanitar fəlakətə” aparır.

Virus Əfqanıstana fevralda, qonşu İrandan qayıdan minlərlə miqrantla birlikdə daxil olub. O zaman virus İranda tüğyan edirdi.

“Pandemiyanın iqtisadi şoku – işsizliyin artması, sərhədlərin bağlanmasından dolayı ərzaq təchizatının pozulması, ərzağın bahalanması əfqanlar üçün ərzaq çatışmazlığını dərinləşdirib. Davam edən münaqişə, yüksək yoxsulluq həddi onsuz da buna təsirini göstərmişdi”, – hesabatda vurğulanır.

Hesabata görə, Əfqanıstanın 32,2 milyonluq əhalisinin üçdə biri ya böhran, ya da ərzaq çatışmazlığı yaşayır.

Son bir neçə ayda un, yağ, şəkər və paxlalı bitkilərin qiyməti bahalanıb.

Əfqanıstanda koronavirusa indiyədək 36 min 500-dək yoluxma, 1300 ölüm qeydə alınıb.

XS
SM
MD
LG