Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 08:41

Kral Salman xəstəxanaya yerləşdirilib


Kral Salman (sağda) və Mohammed bin Salman

Səudiyyənin Kralı Salman mədəaltı vəzi iltihabı ilə paytaxt ər-Riyadda xəstəxanaya yerləşdirilib. Açıqlamanı kral məhkəməsi iyulun 20-də yayıb.

84 yaşlı kralın Kral Faisal xüsusi xəstəxanasına yerləşdirildiyi vurğulanır.

Səudiyyə Ərəbistanında yaşlı kralın səhhəti barədə açıqlama yaymaq görünməmiş hadisə sayılır. Kral Salman 2015-ci ildən hakimiyyətdədir. Bəyanatda detallar açıqlanmayıb.

İyulun 20-də İraqın Baş naziri Mustafa al-Kadhimi-nin Səudiyyəyə planlaşdırılan səfəri təxirə salınıb.

Kral Salman ögey qardaşı Abdullah 90 yaşında vəfat edəndən sonra taxta çıxıb. O, qardaşlardan hakimiyyətdə olan sonuncu monarxdır. Ataları, Səudiyyə Ərəbistanının qurucusu Kral Saud bin Abdulaziz Al Saud idi.

2017-ci ildə kralın 34 yaşlı oğlu Vəliəhd Şahzadə Mohammad bin Salman-ın xeyrinə hakimiyyətdən əl çəkəcəyi haqda məlumatlar yayılsa da, ölkə rəhbərliyi bunu təkzib etdi. Bin Salman ölkəni faktiki idarə edən sayılır.

Mohammed-in hakimiyyətə yüksəlişi ilə tənqidçilərə və narazılara divan tutulub.

2018-ci ilin oktyabrında Səudiyyənin İstanbuldakı konsulluğunda krallığın tənqidçisi jurnalist Jamal Khashoggi-nin öldürülməsi şahzadənin imicinə ciddi ziyan vurdu. Çünki o, vəliəhdə yaxın təhlükəsizlik əməkdaşları tərəfindən öldürülmüşdü.

Səudiyyə dəfələrlə bəyan edib ki, Khashoggi “gizli əməliyyat” nəticəsində qətlə yetirilib, vəliəhdin onda əli olmayıb.

XS
SM
MD
LG