Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:22

Elgiz Qəhrəman dindirilib


Elgiz Qəhrəman, 18 iyul 2020
Elgiz Qəhrəman, 18 iyul 2020

NİDA Vətəndaş Hərəkatın üzvü Elgiz Qəhrəman Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində ifadələr verib.

Bu barədə Azadlıq Radiosuna E. Qəhrəman özü məlumat verib. Məlumata görə, o, 14-15 iyulda Milli Məclisin qarşısında baş vermiş hadisələrlə bağlı dindirilib:

" Bu gün,iyulun 18-də səhər saatlarında Nərimanov Rayon Polis İdarəsinə çağırılmışdım. Orada mənə bildirdilər ki, guya baş vermiş hadisələrdə iştirakım olub, mən bu ittihamları qətiyyətlə rədd etdim. Mənim köhnə cinayət işimlə bağlı da suallar oldu. Üç saata yaxın şifahi söhbətdən sonra prokurorluğa gətirildim. Burada isə şahid qismində ifadələr verdim. Bildirdim ki, təxribat olan ərazidə ümumiyyətlə olmamışam, qısa müddətdə Nazirlər Kabineti tərəfdə olmuşam, o da bir saniyəlik videokadra düşüb. Çağırılmağımın səbəbi elə bu idi".

NİDA-çı Elgiz Qəhrəman istintaq idarəsində dindirilib
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

E.Qəhrəmanın dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi və baş Prokurorluq-dan münasibət almaq mümkün olmayıb.

E.Qəhrəman bundan əvvəl 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunub. NİDA-çı gənc 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə onun ittiham olunduğu maddəni dəyişib. Gənc fəala CM-in 234.1 (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik saxlama) maddəsiylə 3 il cəza təyin olunub. E.Qəhrəman həm özü, həm də NİDA Vətəndaş Hərəkatı bu həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib. Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bildirir. O, 2019-cu ilin martında prazidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

İyulun 14-i və 15-də…

Bakıda orduya dəstək aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Bu il iyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar. Hüquq müdafiəçiləri bu hadisələrla bağlı ümumilikdə 70-ə yaxın şəxsin saxlandığını ehtimal edirlər.Sonradan saxlananlardan bəziləri sərbəst buraxılıb. Xatırlatma İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb. Ermənistan tərəfi də bəzi hərbçilərinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.Atəşkəs razılaşması olsa da, tez-tez hər iki ölkənin qoşunlarının təmas xətlərində silahların işə düşdüyü bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG