Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 09:52

AXCP: İki cəbhəçi saxlanıb


Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fərid Əsədovu iyulun 15-i səhər saatlarında polisin saxladığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, F.Əsədov öz şəxsi avtomobili ilə gedərkən saxlanıb: "Maşını ilə yol getdiyi yerdə maşının qarşısını kəsib naməlum istiqamətə aparıblar".

Partiyadan bildirilib ki, F.Əsədovun saxlanma səbəbi dünən-iyulun 14-də orduya dəstək yürüşündə iştirak etməsi ilə bağlıdır. "F.Əsədov yürüşdə iştirak etsə də, heç bir qanunsuz hərəkətə yol verməyib. Onun saxlanması qeyri-qanunidir".

İyulun 14-də isə başqa bir AXCP üzvü Elvin Bəhmənoğlu Masallı Rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunub. AXCP-dən bildirilib ki, E.Bəhmənoğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə həbs olunub: "E.Bəhmənoğlu bu günlər cəbhədə həlak olan mayor Anar Novruzovun dəfnində iştirak etmişdi. Elə orada polis tərəfindən saxlanılaraq aparıldı".

Bu deyilənlərlə bağlı, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Bakıda orduya dəstək aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Son günlər baş verənlər…

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüş və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxardaraq əraziyə toplanmış şəxsləri uzaqlaşdırıb. Polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 11 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb.

Ermənistan tərəfi də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

Keçmiş nazirdən açıqlamalar: 'Paşinyan Rusiyanı ittiham edəcək ki...'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Atəşkəs razılaşması olsa da, tez-tez hər iki ölkənin qoşunlarının təmas xətlərində silahların işə düşdüyü bildirilir.

Multimedia

XS
SM
MD
LG