Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Koronavirusdan 3 min tibb işçisi ölüb


Arxiv fotosu
Arxiv fotosu

“Amnesty International” insan haqları təşkilatı COVID-19-a yoluxma hallarının artdığı hökumətləri tibb işçilərini adekvat tibbi qorumayla təmin etməyə çağırır.

Qurumun iyulun 13-də açıqladığı hesabatda deyilir ki, 63 ölkə və regionda səhiyyə işçiləri xüsusi geyimlə (PPE) təmin olunmayıb.

Amnesty səhiyyə işçilərinin yaşadıqları ilə bağlı dərin narahatlıq keçirir, hökumətlərin onların hüquqlarını tam təmin etmədiyini bildirir.

PPE qıtlığı var, ticarət məhdudiyyətləri bunda öz sözünü deyir, üstəlik bəzən həkimlər geyimi özləri almalı olurlar.

Londonda mənzillənən təşkilat bildirir ki, hökumətlər tibb işçiləri və digər vacib personalı qoruya bilməməyə görə məsuliyyət daşımalıdırlar.

Tibb işçiləri ən çox hansı ölkələrdə ölür

Qurum 79 ölkədə COVID-19-dan 3 mindən çox tibb işçisinin öldüyünü bildirir.

Ən yüksək rəqəmlər Rusiyada (545), Britaniyada (540), Birləşmiş Ştatlarda (507) və Braziliyada (351) qeydə alınıb.

Hazırda dünya üzrə COVID-19-a yoluxan tibb işçilərinin qlobal statistikası aparılmır. Amnesty International 79 ölkə üzrə məlumatları toplayaraq ümumi ölü sayının 3 min olduğu qənaətinə gəlib.

Ancaq məlumat əskikliyi səbəbindən bu rəqəm daha böyük ola bilər, Amnesty bildririr.

Hesabatda digər məsələlərdən, məsələn, pis iş şəraitilə bağlı narazılıqlara görə cəzalardan da narahatlıq bildirilir.

Rusiyada iki həkim – Yulia VolkovaTatyana Reva PPE qıtlığından şikayət etdiyinə görə cəzalandırılır. Volkova Rusiyanın saxta xəbər qanunu ilə ittiham olunur, 100 min rubl (1443 dollar) cərimələnə bilər. Reva isə işdən çıxarılma riskilə üzləşib.

Birləşmiş Ştatlarda isə kiçik tibb bacısı Tainika Somerville Facebook-da video yerləşdirəndən sonra işdən çıxarılıb. Videoda o, daha çox PPE verilməsinə çağıran petisiyanı ucadan səsləndirib.

Somerville deyib ki. Onun çalışdığı İllinoys ştatındakı qocalar evinin işçiləri COVID-19 xəstəliyinə yoluxanlarla işlədiklərini mediadan öyrəniblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG