Keçid linkləri

Təcili xəbərlər
2020, 15 Avqust, şənbə, Bakı vaxtı 14:50

520 nəfər yoluxub, 8 nəfər ölüb


arxiv foto

Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. 

İyulun 12-də Azərbaycanda 520 adam COVİD-19 infeksiyasına yoluxub, 486 nəfər müalicə olunaraq evə buraxılıb, 8 xəstə isə ölüb. Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, Azərbaycanda indiyə qədər 24 min 41 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 15 min 93 nəfər sağalıb, 306 pasient ölüb. Hazırda aktiv xəstə sayı 8642 nəfərdir.

Operativ qərargah ötən müddətdə 568 min 234 testin aparıldığını qeyd edib: “Bugünkü test sayı isə 7878-dir”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 10 milyon 449 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 509 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG