Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Bu il 4 milyon qız sünnət ediləcək


Arxiv fotosu
Arxiv fotosu

Hər il milyonlarla qıza fiziki və emosional zərbə dəyir və bu, onların ailələri, dostları və icmalarının bilgisi, razılığı ilə baş verir. BMT-nin cinsi və reproduktiv sağlamlıq agentliyi olan UNFPA iyunun 30-da “Dünya Əhalisinin Vəziyyəti 2020” adlı hesabatını yayıb.

Hesabatda sinənin düzləşdirilməsindən tutmuş bakirəlik testlərinə qədər azı 19 zərərli təcrübənin insan haqları pozuntusu olduğu vurğulanır. UNFPA onlardan əsasən üçünə fokuslanır: qadın sünnəti, erkən nikahlar və qız övladına deyil, oğlanlara aşırı üstünlük verilməsi.

“Bu il 4,1 milyon qız sünnət olunacaq. Bu gün yaşı 18-dən az 33 min qız özlərindən xeyli yaşlılara məcburən ərə veriləcək”, – hesabatda vurğulanır.

140 milyon “itirilmiş qadın”

Bəzi ölkələrdə oğlanlara qızlardan daha çox, aşırı üstünlük verilməsi övladın gender əsaslı seçiminə, yaxud onların ölümünə səbəb olur. Bu da 140 milyon “itirilmiş qadın” deməkdir.

Bir sıra ölkələrdə zərərli təcrübələrin itmək üzrə olduğu da vurğulanır. Ancaq bu ölkələrdə əhali artımı səbəbindən gələn onilliklərdə ziyan görən qızların sayı artacaq.

UNFPA bildirir ki, Uşaq Hüquqları Konvensiyası kimi beynəlxalq sənədləri ratifikasiya etmiş ölkələr qızlara ailə üzvlərinin, dini icmalarının, tibb işçilərinin, kommersiya şirkətləri və dövlət qurumlarının ziyan vurmasını dayandırmalıdır. Bəziləri qanunlar qəbul etsələr də, təkcə qanunla iş bitmir, hesabatda deyilir.

“Dünya üzrə erkən nikahlara və qadın sünnətinə 10 il ərzində son qoymaq mümkündür. Bundan ötrü qızları məktəbdə daha çox saxlamaq, onlara həyat bacarıqlarını öyrətmək, kişiləri və oğlanları sosial dəyişikliyə cəlb etmək lazımdır. 2030-cu ilədək 3,4 milyard dollar investisiya qoyularsa, bu iki zərərli praktika bitər, 84 milyon qızın əziyyəti sona çatar“, – hesabatda vurğulanır.

Qurum bəzi sahələrdə irəliləyiş əldə olunmasına baxmayaraq, COVID-19 pandemiyasının qazanclara kölgə saldığını qeyd edir. Son təhlil göstərib ki, xidmətlər və proqramlar altı ay ərzində bağlı qalarsa, 2030-cu ilədək əlavə 13 milyon qız nikaha məcbur edilə, 2 milyon qız sünnətə məruz qala bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG