Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:27

Macarıstanı sığınacaq qaydalarını dəyişməyə çağırırlar


Macarıstan-Serbiya sərhədində miqrantlar
Macarıstan-Serbiya sərhədində miqrantlar

BMT-nin qaçqın agentliyi – UNHCR Baş nazir Viktor Orban hökumətini ölkənin sığınacaq sisteminə son sərtləşdirməni ləğv etməyə çağırıb, bəzi bəndlərin beynəlxalq qanunları poza biləcəyini deyib.

Macarıstan hökumətinin sözçüsü məsələni dərhal şərh etməyib.

Ölkə ötən ay sərhədləri boyunca miqrant tranzit zonalarını bağlayıb, həbsxanaya bənzər şəraitdə yaşayan 300-dək qaçqını azad edib. Ancaq eyni zamanda qaydaları sərtləşdirib, gələcək sığınacaq müraciətlərinin qarşısını almış olub.

Yeni qaydalara görə, sığınacaq istəyənlər Macarıstan sərhədində deyil, qonşu ölkələrdəki konsulluqlarda ərizələrini təqdim etməlidirlər.

Vacib ön şərt

“Bu, sığınacaq axtaranların geri qaytarılmasına, pis rəftarla üzləşməsinə səbəb olar ki, bu da 1951-ci il Qaçqın Konvensiyasının, Macarıstanın tərəf dövlət olduğu digər beynəlxalq və regional insan haqları alətlərinin pozulmasına bərabər olar”, – UNHCR iyunun 29-da yaydığı bəyanatda bildirib.

“Sığınacaq istəmək hüququndan istifadə üçün əraziyə effektiv çıxış vacib ön şərtdir”, – bəyanatda vurğulanır.

İnsan haqları qrupları da məsələdən narahatlıq bildiriblər. Onların mövqeyincə, sərtləşdirilmiş qaydalar qaçqınların Macarıstan vasitəsilə AB-dən sığınacaq istəməsini də çətinləşdirəcək.

UNHCR Budapeşti dəyişiklikləri ləğv etməyə, sığınacaq sistemini beynəlxalq insan haqları qanunları, eləcə də Avropa Birliyi qanunvericiliyi ilə uyğunlaşdırmağa çağırır.

Avropa Birliyində miqrant böhranı 2015-ci ildə pik həddə çatanda, immiqrasiyanın qatı opponentlərindən olan Orban Macarıstanın cənub sərhədinin bağlanması göstərişi verib, yüzminlərlə miqrantın yolunu kəsmiş olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG