Keçid linkləri

Təcili xəbərlər
2020, 14 İyul, çərşənbə axşamı, Bakı vaxtı 11:50

ABŞ və Rusiya sonuncu nüvə sazişini xilas etməyə çalışırlar


Arxiv fotosu

İyunun 22-də Vyanada Birləşmiş Ştatlarla Rusiya arasında sonuncu böyük nüvə sazişi üzrə ikigünlük danışıqlar başlanır.

Yeni START (Strateji Silahların İxtisarı Sazişi) hər bir ölkənin uzaqmənzilli nüvə başlıqlarının sayına limit qoyur.

ABŞ-ın silahlar üzrə təmsilçisi Marshall Billingslea Avstriyaya gedərək Rusiya Xarici işlər nazirinin müavini Sergei Ryabkov-la danışıqlar aparmalıdır.

Sazişə görə, Rusiya və Birləşmiş Ştatların nüvə arsenalında hərəyə 1550 uzaqmənzilli nüvə başlığı ola bilər. İki ölkə arasında nüvə silahlarına nəzarət üzrə sonuncu saziş olan bu sənədin müddəti fevralda bitir.

Ryabkov iyunun 20-də “Interfax”a deyib ki, paktın müddətinin uzadılması üçün Rusiyanın arqumentləri tükənib, ancaq yenə də bu məsələni qaldıracaq.

Rusiya Yeni START-ın uzadılmasını “düzgün və məntiqli” hesab edir, ancaq “bu saziş də hər şey deyil”, Ryabkov deyib.

XS
SM
MD
LG