Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 08:02

Surroqat körpələr valideynlərinə qovuşub


Körpələrin valideynlərinə təhvil verilməsi mərasimi

Koronavirus pandemiyasına görə sərhədlərin bağlanmasından dolayı iki ay gözləməli olan əcnəbi cütlüklər Ukraynadakı surroqat anaların dünyaya gətirdiyi bioloji körpələrinə qovuşublar.

Ukraynanın insan haqları ombudsmanı Lyudmila Denisova iyunun 10-da deyib ki, 31 cütlük nəhayət ölkəyə gələrək övladlarına qovuşub. Yeni valideyn olanların uzun prosesdən sonra ilk dəfə körpələrini görərkən emosional anlar yaşayıblar.

“Əhvalat çox yaxşı sonluqla bitdi, inanılmazdır”, – Argentinadan Andrea Diez körpəsini qucağına alarkən deyib.

Ukrayna pandemiyaya görə sərhədlərini bağlamışdı. Xarici İşlər Nazirliyi nəhayət ailələrə ölkəyə daxil olmağa icazə verdi, ancaq onlar iki həftəlik karantindən keçməli, COVID-19 testləri neqativ çıxmalı idi.

Bir müddət öncə 60 körpənin bir oteldə uşaq çarpayılarında videosu internetdə yayıldı və bu məsələ dünyanın diqqətini çəkdi.

Denisova-nın sözlərinə görə, daha 88 ailə ölkəyə giriş icazəsi alıb və yaxın həftələrdə gələcək.

Ukraynada 50-dək klinikada əcnəbilərin surroqat körpə xidmətlərindən istifadəsinə icazə verilir.

XS
SM
MD
LG