Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 08:15

Prezident Əliyev dopinqlə bağlı kimə təşəkkür edib – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Bir neçə il öncə azərbaycanlı atletlərin dopinq nəticələrinin pozitiv çıxmasına baxmayaraq, onlar beynəlxalq yarışlardan daha gec kənarlaşdırılıb. Prezident İlham Əliyev Beynəlxalq Ağır Atletika Federasiyasının (BAAF) Prezidenti Tamás Aján-a buna görə təşəkkür edib. Bunu “Inside the games” saytında Brian Oliver yeni açıqlanmış hesabata istinadla yazır.

Dünya Antidopinq Agentliyinin müstəqil komissiyasının rəhbəri Richard McLaren və komandası Beynəlxalq Ağır Atletika Federasiyasının və onu keçmiş rəhbərinin fəaliyyətini araşdırıb.

Məktubda nə yazılıb

McLaren onlarla dopinq işinin ört-basdır edildiyini ortaya çıxarıb. Onlardan çoxu Azərbaycan və Türkiyə atletləri ilə bağlı olub. Aján isə dopinq barədə konfidensial informasiya yığılmasını davamlı olaraq pozubmuş, hesabatda iddia olunur.

Araşdırmaya görə, 2015-ci ildə Hyustonda keçirilən Beynəlxalq Ağır Atletika Federasiyasının Dünya Çempionatları ərəfəsində 24 atletin oyundan kənar təqdim etdiyi nümunələr də çox şübhəli görünüb.

Aján vəzifəsindən apreldə istefa verib. McLaren-in iyunun 4-də açıqladığı hesabatda onu on illər boyunca korrupsiyaya göz yummasına görə tənqidinə belə cavab verib: “Mənə qarşı iddialar əsassızdır”.

Hesabatda Prezident Əliyevin adı çəkilməsə də, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentinin adı vurğulanır. Əliyev 1997-ci ildən həmin vəzifədədir.

“BAAF-ın serverlərinin ekspertizası zamanı McLaren komandası 2016-cı ildə Azərbaycan Milli Olimpiya Komandasının prezidentinin Dr Aján-a məktubunu aşkarlayıb, məktub poçtdan silinmiş olub”, – hesabatda deyilir.

Məktubda Aján-a Azərbaycandan bəzi ağırlıqqaldıranların testlərinin pozitiv çıxmasına baxmayaraq, yarışlardan kənarlaşdırmanın yubanmasına görə təşəkkür edilir. Onlar beləliklə Bakıda nüfuzlu yarışmaya qatıla biliblər.

Valentin Hristov misalı

McLaren daha çox bir atletə, bolqarıstanlı Valentin Hristov-a fokuslanır, onun timsalında Azərbaycana necə “yaxşılıq” olunduğunu göstərir. Məqalədə Azərbaycanın 2014-cü ildə saysız dopinq qaydaları pozuntularına görə 500 min dollarlıq cərimə ödədiyi vurğulanır.

2013-cü ildə 18 ağırlıqqaldıranda qadağan olunmuş maddə aşkarlanıb. 2012-ci il olimpiadasının bürünc medalçısı Valentin Hristov da həmin siyahıda olub. Müəllif yazır ki, 2013-cü ilin aprel və oyununda atletdə dopinq aşkarlanmasına baxmayaraq, oktyabrda da beynəlxalq çempionata buraxılıb. Yəni onda BAAF üç aydı ki, onun nəticələrinin pozitiv çıxdığını bilirdi.

Hazırda Hristov səkkiz illiyə yarışlardan uzaqlaşdırılıb. O, 2013-cü ilin dekabrında Bakıda BAAF-ın Bakı Qran prisində qızıl medal qazanıb, testinin pozitiv çıxması haqda ona 2014-cü ilin aprelində məlumat verilib.

Prezident Əliyevin Aján-a məktubundan belə çıxır ki, 18 atletdə dopinq çıxmasının açıqlanması qəsdən Bakıdakı yarışdan sonraya saxlanıb.

Azərbaycan rəsmiləri sözügedən hesabata hələlik, münasibət açıqlamayıblar.

McLaren-in komandakı 21 türkiyəli atletin də dopinq pozuntularına görə yarışlardan gec kənarlaşdırıldığını, pozitiv çıxan dopinq testləri ilə bağlı “41 gizlədilmiş işin və 10 mümkün başqa işin” sonradan izlənilmədiyini bildirib.

Aján 1980 və 1990-cı illərdə BAF-ın baş katibi olub, hesabatda bu dövrdə bir çox idman növlərində dopinqin geniş yayıldığı vurğulanır.

Ağır atletika üzrə üç komandada testlərin nəticələri müsbət çıxınca, 1988-ci ilə bu idman növü Olimpiya Oyunlarından çıxarılma təhlükəsilə üzləşib.

XS
SM
MD
LG