Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 02:59

4 idmançı dopinqə görə cəzalandırılıb


Dopinq

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 4 idmançını yarışmalardan kənarlaşdırıb. Cəzalandırılan idmançıların ağırlıqqaldıran Rövşən Fətullayev, boksçu İman Əhmədli, hakim İftixar Abdullayev, voleybolçu Sabina Saviç olduğu bildirilir

Bu haqda Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) məlumatında bildirilir.

İdmançıların cəzalandırılmasının səbəblərini açıqlayan Agentliyin məlumatına görə, ağırlıqqaldıran R.Fətullayev «Bakı 2017» 4-cü İslam Həmrəyliyi Oyunlarında qadağan edilmiş maddədən istifadə etdiyinə görə cəzalandırılıb. 8 illiyə bütün yarışlardan kənarlaşdırılan ağırlıqqaldıranın orqanizmində xorionik qonadotropin və morfin aşkarlandığı iddia edilir.

Voleybol hakimi İ.Abdullayevin orqanizmində betametazon maddəsi aşkarlandığı, buna görə 24 ay cəzalandırıldığı bildirilir.

48 ay müddətinə cəzalandırılan voleybolçu S.Saviçin də metamfetamin (D-) və amfetamin maddələrindən istifadə etdiyinin aşkar olunduğu vurğulanır.

Cəzalandırılan digər idmançı, boksçu İ.Əhmədlinin orqanizmində isə meldonium maddəsinin tapıldığı bildirilir. O, 12 aylığa bütün yarışlardan diskvalifikasiya edilib.

Onların cəza müddəti bu ilin birinci yarısından başlayıb.

Hələlik, bu açıqlamaya sözügedən idmançılardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanlı idmançılar bundan öncə də dopinq məsələsində «ilişiblər».

2016-cı ildə Azərbaycanın 6 ağırlıqqaldıranını Beynəlxalq Ağırlıq Qaldırma Federasiyası dopinqə görə yarışlardan diskvalifikasiya etmişdi.

Daha sonra Azərbaycan ağırlıqqaldıranı Hüseyn İsmayılov bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb. Bu qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası verib. Cəzaya səbəb kimi H.İsmayılovun dopinq-testinin müsbət nəticə verməsinin göstərildiyi bildirilir.

Sonradan da oxşar hadisələr baş verib.

Rəsmilər müxtəlif vaxtlarda dopinqlə mübarizə apardığını, idmançıların bu istiqamətdə tez-tez maarifləndirildiyini qeyd edirlər.

Ölkə parlamenti iki il əvvəl dopinqlə mübarizə qanunu qəbul edib.

XS
SM
MD
LG