Keçid linkləri

Təcili xəbərlər
2019, 24 İyul, çərşənbə, Bakı vaxtı 11:14

Daha bir ağırlıqqaldırana dopinq cəzası


Ağırlıqqaldırma

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) dopinqə görə Azərbaycanın daha bir idmançısına sanksiya tətbiq etdiyi bildirilir.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) da xəbəri təsdiqləyiblər.

Ağırlıqqaldıran Elmir Alıyevin dopinq-testin müsbət nəticəsinə görə 4 il müddətinə diskvalifikasiya olunduğu qeyd olunur.

Verilən məlumata görə, amma bu, hər hansısa beynəlxalq yarışla bağlı olmadığından idman nəticəsinə təsiri yoxdur. 56 kq çəkidə çıxış etmiş idmançının cəzasının 2018-ci il sentyabrın 12-dən başlandığı açıqlanıb.

Bu açıqlamaya, hələlik, E.Alıyevdən münasibət almaq mümkün olmayıb.

Azərbaycan ağırlıqqaldıranlarının dopinqə görə cəzalanması halları ötən illərdə də baş verib.

Bu ilin martında isə Azərbaycan ağırlıqqaldıranı Valentin Xristovun 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edildiyi açıqlanmışdı. Yayılan məlumata görə, dopinq-testin təkrar analizləri nəticəsində V.Xristovun qanında qadağan edilmiş maddə aşkar olunmuşdu. V.Xristovun 56 kq çəki dərəcəsində qazandığı bürünc medalın isə həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilməsi qərara alınmışdı.

Xatırlatma

Azərbaycan parlamenti də 3 il əvvəl dopinqlə mübarizə qanunu qəbul edib. Bundan sonra Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG