Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:47

Səudiyyədə, Qüdsdə məscidlər yenidən açılır


Məkkə, 19 may, 2020-ci il

Səudiyyə Ərəbistanında minlərlə məscid iki aydan artıq fasilədən sonra yenidən açılıb. Dindarlara koronavirusun yayılmasını önləmək üçün sərt qaydalara əməl etmək göstərişi verilib.

Müqəddəs Məkkə şəhəri isə bağlı qalır.

Səudiyyədəki Məkkə və Mədinə şəhərlərindən sonra müsəlmanların üçüncü müqəddəs mıkanı sayılan Qüdsdəki Əl-Aksa məscidi də yenidən açılıb.

Hazırda bütün dünya ölkələri bir neçə ay davam etmiş komendant saatı və karantin qaydalarını yumşaldır.

Səudiyyədə hökumət 90 min məscidi yenidən açıb. İbadət xalçaları, yuyunma otaqları, müqəddəs “Quran”ın qoyulduğu rəflər dezinfeksiya edilib.

XS
SM
MD
LG