Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Trump Honq Konqun azadlığını ‘boğanları’ cəzalandıracağını deyir


Donald J. Trump
Donald J. Trump

Prezident Donald Trump Çini Honq Konqun azadlıqlarını “boğmaqda” ittiham edib.

Mayın 29-da Ağ Evdə danışan prezident deyib ki, o administrasiyasına Honq Konqa ABŞ qanunlarına müvafiq olaraq verilmiş xüsusi ticarət statusunun ləğv edilməsi prosesinə başlamaq göstərişi verib.

Prezident bildirib ki, Çinin qəbul etdiyi təhlükəsizlik qanunu bu ərazinin muxtariyyətini heçə endirib.

Trump bəyan edib ki, Honq Konqdakı hadisələr Çinin əməl etmədiyi vədlər siyahısında daha bir bəndə çevrilib.

O bildirib ki, “bu, Honq Konq xalqı, Çin xalqı və bütün dünya xalqları üçün bir faciədir”.

Honq Konqun ticarət mərkəzi kimi rolu sarsılacaq

Trump əlavə edib ki, Honq Konqun xüsusi statusunun ləğvi onunla ekstradisiya, ixracata nəzarət, texnologiyalardan ikili istifadə qaydalarına dair razılaşmaları və Çindən muxtar ərazi kimi ona verilən imtiyazları təsirləndirəcək.

ABŞ prezidenti habelə vurğulayıb ki, Vaşinqton Honq Konqun “azadlıqlarının boğulmasında” əli olan fərdlərə sanksiyalar qoyacaq və çinli tələbələrin Birləşmiş Ştatlarda təhsil alması məhdudlaşdırılacaq.

Ekspertlərin fikirncə, bütün bu tədbirlər birlikdə Honq Konqun ayrıca Asiya maliyyə mərkəzi kimi rolunu sarsıldacaq.

Çinin də öz növbəsində bu tədbirləri özünün daxili işlərinə xaricdən müdaxilə kimi qiymətləndirəcəyi və müvafiq reaksiyalar verəcəyi gözləniləndir.

Bundan əvvəl Çini koronavirus epidemiyasının sürətlə yayılmasına səbəb olmuş “ört-basdırda” ittiham edən Trump bildirmişdi ki, ABŞ, onun fikrincə, Pekinin təsiri altında olan Dünya Səhiyyə Təşkilatından çıxacaq.

***

ABŞ Prezidenti Donald Trump deyir ki, mayın 29-da keçirəcəyi mətbuat konfransında Çinlə bağlı açıqlama verəcək. Çin Honq Konqda milli təhlükəsizlik qanununun tətbiqinə yol açan qanunvericiliyi qəbul edib.

Çinin sözügedən qanundan Honq Konqun yarımmuxtar ərazi kimi azadlığına son qoymaq üçün istifadə edəcəyi sarıdan narahatlıq var. Trump isə ABŞ-ın bu qanuna sərt reaksiya verəcəyini demiş, amma detalları açıqlamamışdı.

Trump-ın Birləşmiş Ştatların Honq Konqa verdiyi iqtisadi imtiyazlara son qoymaq səlahiyyəti var, ancaq bunu edib-etməyəcəyi bəlli deyil. Prezident hədəfli sanksiyalar, yeni tariflər, yaxud Çin şirkətlərinə əlavə məhdudiyyətlər də elan edə bilər.

Çinin Milli Xalq Qurultayı mayın 28-də sözügedən qanunu təsdiqləyib. Bu qanun vətənə xəyanəti, devirməni, ayrılmanı, xarici müdaxiləni qadağan edir. Həmçinin Pekinə Honq Konqda etirazları önləmək üçün təhlükəsizlik agentliklərinin filiallarını qurmağa icazə verir.

Çin rəsmiləri qanunun şəhərin sabitliyi və rifahını gücləndirəcəyini deyir.

Bu qanun Honq Konqda etirazlara səbəb olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG