Keçid linkləri

Təcili xəbərlər
2020, 06 İyul, Bazar ertəsi, Bakı vaxtı 13:32

Honq Konqda polis etirazçıları dağıdıb


Honq Konq, 24 may, 2020-ci il

Mayın 27-də Honq Konq polisi şəhərin mərkəzi biznes rayonuna yığışan etirazçıların üzərinə gözyaşardıcı qazlı mərmilər buraxıb. Günortayadək azı 17 etirazçının saxlandığı bildirilir. Onlardan ikisi 14 və 15 yaşlı şagirdlərdir. Saxlananların üzərində dəbilqə və respirator olduğundan “qanunsuz məqsədlərə uyğun alətlər saxlamaq”da ittiham olunurlar.

***

Mayın 27-də Honq Konqa çevik polis yerləşdirilib. Səbəb fəalların yenidən etirazlara çağırmasıdır. Onlar Çin milli himninin təhqirini kriminallaşdıracaq qanun layihəsinə qarşı çıxırlar.

Qanuna görə, Honq Konq məktəblərinin hamısında Çinin milli himni keçilməlidir, “bütün fərdlər və təşkilatlar” onu “müvafiq tədbirlərdə” oxumalıdır, himnə hörmətsizlik göstərənləri isə 3 ilədək həbs, yaxud cərimə gözləyir.

Şəhərin Qanunvericilik Şurası mayın 27-də qanun layihəsini ikinci oxunuşda qəbul edərsə, onda layihə iyunda üçüncü oxunuşa və səsverməyə çıxarılacaq.

Bu arada Pekin Honq Konqda milli təhlükəsizlik qanunu da tətbiq etmək istəyir. Qanun Çinin təhlükəsizlik agentliklərinin bu maliyyə mərkəzində çalışmasına icazəni nəzərdə tutur. Qanun həmçinin vətənə xəyanəti, ayrılmanı, devirməni, üsyana çağırışı və xarici müdaxiləni qadağan edir.

Ötən il Honq Konqda aylarla davam edən etirazlara milyonlarla insan qatılırdı, onlar Çinin şəhərə artan nəzarətinə etiraz edirdilər. Etirazlarda bəzən zorakılıq baş verirdi.

Son addımlar isə Pekinin “bir ölkə, iki sistem” siyasətini dağıtmaq istəməsi sarıdan narahatlıq yaradıb. Keçmiş Britaniya koloniyası 1997-ci ildə Çinin idarəçiliyinə qaytarılandan Honq Konq bu siyasətlə idarə olunub. Şəhərin başçısı Carry Lam isə Honq Konqun azadlıqlarına təhdid yaranmadığını bildirir.

XS
SM
MD
LG