Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:23

ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçib


Kaliforniyada 35 yaşlı hamilə həkim Zafia Anklesaria koronaviruslu xəstəyə baxır
Kaliforniyada 35 yaşlı hamilə həkim Zafia Anklesaria koronaviruslu xəstəyə baxır

Birləşmiş Ştatlarda yeni koronavirusdan ölüm halları 100 mini keçib.

Johns Hopkins Universitetinin mayın 28-nə olan məlumatına görə, ABŞ-da virusdan 100 min 442 nəfər vəfat edib, 1,7 milyon təsdiqlənmiş yoluxma qeydə alınıb. Ancaq COVID-19-dan ölüm və yoluxmanın daha böyük olduğu güman edilir.

ABŞ-da hər 100 min nəfərə 30 ölüm halı düşür və bu göstəriciyə görə Belçika, İspaniya, Britaniya, Fransa, İtaliya və İsveçdən geri qalır.

Ancaq Birləşmiş Ştatlarda virusdan ölü sayı Vyetnam və Koreya müharibəsi qurbanlarının cəmi sayından çoxdur.

Yeni koronavirus dünyanın hər yerində normal həyatı alt-üst edib, insanlar təcrid həyatı yaşayır, səhiyyə sistemlərinin nöqsanları üzə çıxıb.

İlk vaxtlarda pandemiyanın əhəmiyyətini ciddiyə almayan Prezident Donald Trump ölkəni açmaqda davam edir. 50 ştatın hamısı şirkətlərə, sosial fəaliyyətə qadağaları qaldırıb. Hətta Las Veqasdakı kazinolar, “Walt Disney World” yenidən açılmağı planlaşdırır.

Dünya üzrə koronavirusa 5,69 milyon nəfər yoluxub, 355 nəfər vəfat edib. Bir çox yerlərdə yeni yoluxmalarda azalma müşahidə olunsa da səhiyyə ekspertləri ikinci dalğanın gələcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Cənubi Koreya, Qərbi Avropa

Cənubi Koreya digər ölkələr kimi sərt karantin tədbirləri görməməklə, aqressiv izləmə və testlər aparmaqla pandemiyanı önlədiyinə görə alqışlanırdı. Ancaq mayın 28-də ölkədə 79 yeni yoluxma qeydə alınıb ki, bu son 50 gündə ən yüksək rəqəmdir. Hökumət sosial məsafə qadağalarını nəzərdən keçirməyə, məktəblərin mərhələli şəkildə yenidən açılması planlarını təxirə salmağa başlayıb.

Qərbi Avropada ölümlər və yeni yoluxmalar azalmaqdadır. Bir sıra AB ölkələri məhdudlaşdırmaları yumşaldır, sərhədləri tədricən açmağı planlaşdırırlar.

Avropa Birliyinin icraedici qanadı mayın 27-də 750 milyard avroluq (825 milyard dollar) plan təklif edib. Məqsəd 27 üzv ölkənin iqtisadiyyatına yardım etməkdir.

“Növbəti Nəslin AB-si” adlanan fond “ambisiyalı bir cavabdır”, – Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

BMT-nin dünya Ərzaq Proqramı isə mayın 27-də bildirib ki, insanlar virusa yalnız yoluxmur və ölmür, Latın Amerikasında azı 14 milyon nəfər pandemiya səbəbindən ac qala bilər. 2019-cu ilə 3,4 milyon nəfərin aclıq içində yaşadığı bildirilirdi.

Braziliya yoluxma sayına görə Birləşmiş Ştatlardan sonra ikincidir – 412 min nəfər. Ölü sayı isə 25 min 500-dür.

Mayın 27-nə olan məlumata görə, Rusiyada ölü sayı 3 min 968 nəfərə çatıb, təsdiqlənmiş yoluxmalar isə 370 min nəfərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG