Keçid linkləri

Təcili xəbərlər
2020, 15 Avqust, şənbə, Bakı vaxtı 23:29

UNICEF Ukraynanın şərqində atəşkəsə çağırır


Donetskdə ukraynalı hərbçi

BMT-nin uşaq agentliyi olan UNICEF Ukraynanın şərqində münaqişə tərəflərini atəşkəs elan etməyə, altı ildən çoxdur gedən münaqişəyə son qoymağa çağırıb. Bu ilin əvvəlindən münaqişədə xeyli sayda uşaq xəsarət alıb, məktəblər dağılıb.

Mayın 21-də yaydığı açıqlamada UNICEF bildirir ki, hücumların artması üstəgəl koronavirus pandemiyasına görə tətbiq edilmiş hərəkət qadağaları 430 minədək uşağın “həyatını daha dözülməz edir”.

Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında 2014-cü ilin aprelindən münaqişə gedir. Münaqişədə 13 mindən çox insan öldürülüb.

UNICEF bildirir ki, ilin əvvəlindən münaqişə səbəbindən 10 uşaq həyatını itirib və bu, ötən ilin eyni dövrüylə müqayisədə iki dəfə çoxdur.

Mayın birinci həftəsində isə kəndləri atəşə tutulan altı uşaq yaralanıb.

BMT-nin agentliyi məktəblərə doqquz hücum həyata keçirildiyini, onların beşinin apreldə baş verdiyini bildirir. Bir hücum zamanı 17 yaşlı qız məktəbin həyətində top gülləsindən yaralanıb.

XS
SM
MD
LG