Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 03:58

AXCP: 'Partiya üzvünün inzibati həbsi bitsə də o, azadlığa buraxılmayıb'


Niyaməddin Əhmədov, arxiv foto

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədovun mayın 15-də inzibati həbsi bitsə də o, azadlığa buraxılmayıb”

Bunu bu gün, mayın 16-da Azadlıq Radiosuna AXCP-dən deyiblər.

Məlumata görə, dünən, mayın 15-də N. Əhmədov Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən harasa aparılıb:

"Hazırda N. Əhmədovun yeri bilinmir. Polisdən bizə bildirilib ki, onu hansısa digər istintaq orqanı aparıb. Amma hansı istintaq orqanı və səbəblər barədə heç bir məlumat verilməyib".

N.Əhmədovun ictimai əsaslarla AXCP sədri Əli Kərimlinin mühafizəçisi olduğu bildirilir.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Aprelin 16-da AXCP üzvü Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

AXCP onun həbsini partiyaya qarşı təzyiq kimi qiymətləndirir.Partiyadan onun həbsdə işgəncələrə məruz qalması ilə bağlı məlumatlar aldıqlarını açıqlayıblar.Amma rəsmi qurumlar onun işgəncəyə məruz qalması ilə bağlı iddiaları təsiqləməyiblər.

Rəsmilərin vurğulamasına görə, ölkədə məhkəmlər müstəqildir və heç kim dinc siyasi fəaliyyətinə görə, basqıalara məruz qalmır.

Martın 24-dən koronavirus pandemiyası ilə bağlı Azərbaycanda karantin rejimidir.

XS
SM
MD
LG