Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:55

Biden rəy sorğusunda Trump-dan önə çıxır – Qərb mediası


Donald Trump (solda) və Joe Biden
Donald Trump (solda) və Joe Biden

Noyabrda prezident seçkisində demokratlardan namizəd olacağı gözlənən Joe Biden rəy sorğularında Prezident Donald Trump-dan beş vahid öndədir. Həlledici, amma tərəddüdlü ştatlarda isə Trump-ın mövqeyi daha möhkəm görünür. Bunu CNN televiziyasıın sifarişilə SSRS təşkilatının keçirdiyi yeni sorğu üzə çıxarıb.

Sorğuya görə, ölkə üzrə qeydiyyata alınmış seçicilərin 51 faizi Biden-i, 46 faizi isə Trump-ı dəstəkləyir. Tərəddüdlü mövqeyi ilə seçilən ştatlarda isə 52 faiz Trump-ın, 45 faiz Biden-in tərəfindədir.

Partiyalar üzrə göstəricilər arasında uçurum dərindir. Demokratların 95 faizi Biden-i, respublikaçıların da elə o qədəri Trump-ı prezident görmək istəyir.

Müstəqillərə gəlincə, iki rəqibin göstəriciləri bir-birinə yaxındır – 50 faiz Trump-ı, 46 faiz Biden-in arxasındadır.

Qadınlar, kişilər, gənclər

Keçmiş vitse- prezident qadınlar arasında daha üstün mövqedədir – 55% Biden-i, 41% Trump-ı dəstəklədiyini deyib. Qaradərililərin 69 faizi Biden-i, 26 faizi Trump-a tərəfdardır.

Kişilər arasında isə rəğbət göstəriciləri yenə yaxındır: 50% Trump-ı, 46% Biden-i dəstəkləyir. Ağdərililər arasında Trump üstünlük qazanıb: 55% onu, 43 faiz Biden-in tərəfindədir.

Son sorğular Biden-in daha gənc seçicilər arasında nüfuzunun elə də güclü olmadığını, yaşlılar arasında daha populyar olduğunu göstərirdi. Son sorğuya görəsə, tərəddüdlü ştatlarda daha gənc seçicilər Trump-a üstünlük verir. Bu, martdakı sorğudan kəskin fərqlənir.

Ölkəboyunca Biden yaşı 65 və daha yuxarı seçicilər arasında Trump-dan öndə gedir. Son prezident seçkisində bu qrup respublikaçılara meyllənirdi.

Trump-ın sorğuda Biden-dən ən böyük üstünlüyü iqtisadiyyatın idarə olunmasıyla bağlıdır. 54% seçici deyib ki, prezidentin ölkə iqtisadiyyatını daha yaxşı idarə etməsinə inanırlar. 42%-sə Biden-ə üstünlük verdiyini söyləyib.

Koronavirus pandemiyasına reaksiyaya gəlincə, seçicilər daha çox Biden-ə inanır (51% vs 45%). Tibbi xidmətdə də vəziyyət belədir (54% vs 42%).

Birləşmiş Ştatlarda prezident seçkisinin noyabrda keçiriləcəyi gözlənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG