Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 06:29

Dünyada hər 9 nəfərdən biri acdır


Yəmənli uşaq

Dünyada hər 9 insandan biri acdır, hər 3 nəfərdən biri isə piylənmə və artıq çəkidən əziyyət çəkir. Mayın 12-də “Qlobal Qidalanma Hesabatı” açıqlanıb.

Hesabatda pis qidalanmanın bütün formalarına son qoyulmasında bərabərsizliyin rolu araşdırılır. Bərabərsizliyin məhz pis qidalanmanın kökündə dayandığı bildirilir. Pis qidalanma isə həm az yeməyin, həm piylənmə, artıq çəki, pəhrizə bağlı digər xroniki xəstəliklərə səbəb olur.

Getdikcə daha çox ölkə pis qidalanmanın ikiqat yükü altında əzilir. Qlobal hədəflərə doğru proqresin isə çox ləng getdiyi vurğulanır.

Sənəddə deyilir ki, heç bir ölkə 2025-ci ilədək qlobal qidalanmayla bağlı 10 hədəfə çatmayacaq.

Dünyada yaşı 5-dən az bütün uşaqların 25 faizinin inkişafdan qaldığı qeyd olunur. Eyni zamanda dünyanın demək olar hər bir ölkəsində piylənmə və artıq çəki problemi güclənir, bu sahədə heç bir səngimə əlaməti görünmür.

XS
SM
MD
LG