Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 22:27

İraqda baş nazir təsdiqləndi


Mustafa al-Kadhimi

Mayın 7-də İraqda parlament üzvləri keçmiş kəşfiyyat rəhbərini baş nazir postuna təsdiqləyib. Beş ay idi rəhbərlik böhranı yaranmışdı, üstəlik neftin ucuzlaşması və koronovirus pandemiyası da ölkəyə ciddi zərər vurmuşdu.

Mustafa al-Kadhimi 2003-cü ildən bəri İraqın altıncı baş naziridir.

Deputatlar 15 naziri təsdiqləyib, beşini isə rədd edib. Təsdiqlənməyənlər ticarət, ədliyyə, mədəniyyət, kənd-təsərrüfatı və miqrasiya nazirləridir.

Neft və xarici işlər nazirləri postları da boş qalır.

Kabinetin təklif olunan tərkibinin yarıdan çoxu keçərsə, hökumət təsdiqlənmiş sayılır.

Baş nazir Adel Abdel Mahdi dekabrda, bir neçə ay davam edən antihökumət etirazları nəticəsində istefa verib. Amma o, keçid dövründə vəzifəsini icra edirdi.

Kadhimi-dən öncə iki namizəd baş nazir postuna təsdiqlənməyib.

O, baş nazirliyə namizəd olunca kəşfiyyatdakı mövqeyindən istefa verib.

XS
SM
MD
LG