Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Pandemiya dövründə oruc tutmaq olarmı


Bosniyanın Müsəlman İcmasının Böyük Müfitisi Husein Kavazovic məsciddə dua edir
Bosniyanın Müsəlman İcmasının Böyük Müfitisi Husein Kavazovic məsciddə dua edir

Artıq bir neçə gündür müqəddəs Ramazan ayı başlayıb. Oruc tutan insanlar gün iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər, hər gün iftarda ailə üzvləri, dostları ilə bir araya gəlirlər. Dünyadakı 1,8 milyard müsəlmanın çoxu Ramazanda məscidə daha tez-tez gedirlər.

Di gəl, bu il koronovirus pandemiyası çox şeyi dəyişib. Oruc tutarkən immunitetin azalması, virusa daha asanlıqla yoluxmanın mümkünlüyü sarıdan narahatlıq artıb.

AzadAvropa/AzadlıqRadiosu pandemiya dövründə oruc tutmaqla bağlı iki ekspertlə danışıb.

“Yetərincə dəlil yoxdur”

“Sağlamsınızsa, əvvəlki Ramazanlarda heç bir problem yaşamadan oruc tutmusunuzsa, bu dəfə tuta bilməcəyinizlə bağlı elə bir dəlil yoxdur, əlbəttə, əgər bunu arzulayırsınızsa”, – Oksford Universitetinin akademiki Dr. Salman Waqar deyir.

“Bir çox hallarda səhhəti yerində olan, əvvəl oruc tutalar pandemiya dövründə də bunu təhlükəsiz şəkildə edə bilərlər”, – Britaniyada çalışan transplant nefroloq Dr. Shafi Malik söyləyir.

Malik xəbərdarlıq edir ki, xroniki xəstəliyi, yaxud qızdırması olanlar həkimə getməli, məsləhət bilinərsə orucluğu dayandırmalıdırlar.

Oruc tutmaq immuniteti, koronovirusla mübarizə qabiliyyətini zəiflədirmi?

“Orucluğun immuniteti zəiflətməsinə yetərincə dəlil yoxdur”, – Malik belə deyir.

Waqar-ın sözlərinə görə, əsas məsələ orucluq vaxtı koronavirus pandemiyasının nə vaxt dehidrasiya yaratmasıdır. Həmin deyir ki, qızdırması olanlar, yaxud xəstəliyi çox çəkənlər “oruc tutmağı dayandırmalı və tibbi xidmət üçün müraciət etməlidir, çünki koronavirusa yoluxanlar sürətlə xəstələnir və burada hidrasiya çox vacibdir”.

İmmunitet güclənirmi

Bəzi ilahiyyatçılar orucluğun immuniteti gücləndirdiyini deyirlər. Bu həqiqətdirmi?

Sünni müsəlmanlar üçün əsas teoloji hakimiyyət sayılan, Misirdəki Al-Azhar Universiteti aprelin 18-də yaydığı bəyanatda müsəlmanların yadına oruc tutmalı olduqlarını salır, pandemiyaya görə heç bir xüsusi istisnanın nəzərdə tutulmadığını bildirir.

“Ramazanda koronavirusa görə oruc tutmamağa icazə verilmir, orucluq müsəlmanlar üçün bir borc və vəzifədir”, – Al-Azhar söyləyib.

Şiə dini liderləri də oxşar bəyanatlar veriblər.

İraqda şiələrin baş ruhanisi Ayətulla Bashir Hussein al-Najafi aprelin 15-də verdiyi fətvada deyir ki, orucluq immun sistemini gücləndirir, müsəlmanların koronavirusa yoluxmasının qarşısını ala bilər.

Malik isə “orucluğun immun sistemini gücləndirməsinə dəlil olmadığını” söyləyib.

Waqar deyir ki, Ramazanla bağlı tibbi tədqiqat yeni yaranır, sınaqdan çox müşahidələrə əsaslanır. Bu səbəbdən orucluğun immuniteti yaxşılaşdırdığını, yaxud zəiflətdiyini demək olmaz.

“Məsələn, bilirik ki, bəzi adamlarda Ramazan ayı ərzində çəki və qan təzyiqi qaydasına düşür, amma az sonra yenidən əvvəlki səviyyəyə qayıdır. Bir şeyi də demək lazımdır ki, Ramazandan əvvəl, yaxud sonra periodik oruc tutmaq bir dietik seçim kimi populyarlaşmaqdadır”, – o, sözlərinə əlavə edib.

Bu il fərqli keçən sosial ay

Ramazan adətlərinin koronavirusa yoluxma şansını artırmasına gəlincə, koronavirusun insanlar arasında ünsiyyətlə yayıldığı bəllidir. Bir çox ölkələr fiziki təcrid qaydaları tətbiq edib. Əsasən müsəlmanların yaşadığı, islam icmalarının böyük olduğu ölkələr orucluq ayında dini xidmətləri, ümumi iftar süfrələrini məhdudlaşdırıb.

“Ramazan ənənəvi olaraq çox sosial bir dönəm sayılsa da, bu il fərqli olmalıdır. Sosial təcrid pandemiya üçün vacibdir. Kimsə hökumətin məsləhətinə əməl etməsə, koronavirusun daha da yayılmasına töhfə vermiş olar”, – Waqar vurğulayır. O, adamların təhlükəsiz naminə Ramazanda da evdə qalmalı olduğunu deyir.

Pakistan daxil azsaylı ölkələr məscidlər pandemiyaya baxmayaraq açıqdır.

İranda isə məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilsə də, Ali dini lider Ayətulla Ali Khamenei vətəndaşlara tədbirlərdən yayınmaq, daha çox evdə Ramazan əhval-ruhiyyəsi yaratmaq göstərişi verib.

Prezident Hassan Rohani ötən həftə deyirdi ki, ümumi iftarlar təşkil olunmayacaq.

Qonşu Əfqanıstanda da təcrid olunmuş ərazilərdə adamların məscidə getməməsi, evlərində ibadət etməsi göstərişi verilib.

Rusiyanın Böyük Müftisi Talgat Tadzhuddin Ramazan ayında məscidlərin müvəqqəti bağlı olacağını deyib. O, imamların onlayn ibadətlər aparacağını, Quran oxuyacağını sözlərinə əlavə edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG