Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:07

Aclıq təhlükəsi


Mosul, 17 oktyabr 2019
Mosul, 17 oktyabr 2019

Koronavirus pandemiyası səbəbindən artıq dünyanın 30 ölkəsində ciddi ərzaq çatışmazlığı hiss olunur. Bu ölkələrdən 10-a qədərində indiyə qədər də əhali aclıqdan ölüm həddində olub. Belə bir narahatlıq doğuran proqnozlar BMT institutlarının yeni araşdırmalarında yer alıb. Qeyd olunur ki, bu koronavirus həlqəsi böyunca baş verənlərin ən mənfi nəticələri bir çox ölkələrə, o cümlədən inkişaf etmiş ABŞ, Avropa, həmçinin Rusiya kimi ölkələrə də təsir göstərə bilər.

Üç aylıq dövr ərzində...

BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktoru Devid Beasley-in dediyinə görə, pandemiya İkinci Dünya müharibəsindən sonra yaranan ən ciddi humanitar böhrandır.

« Bizim təhlillərimiz göstərir ki, əgər biz o insanlara kömək üçün uğraşmasaq, üç aylıq dövr ərzində aclıqdan hər gün 300 min adam ölə bilər. Bura COVID-19 səbəbiylə aclığın artması daxil deyil" deyə o bildirib.

Araşdırmalara görə, indi baş verənlər böhrandan əvvəl müharibələrdən, ictimai-siyasi münaqişələrdən və yoxsulluqdan əziyyət çəkən dövlətlərə və bölgələrə daha çox təsir etməkdədir. Məsələn, Suriya, Əfqanıstan, İraq, Venesuela, Zimbabve, Qərbi Afrika, Yəmən, Konqo Demokratik Respublikası, Cənubi Sudan, Efiopiya, Eritreya və Haiti, o cümlədən Ukraynanın şərqi. Həmçinin o da vurğulanır ki, Hindistan, İndoneziya və Pakistanın böyük əhalisinin əksəriyyəti heç indiyə qədər də yaxşı vəziyyətdə olmayıb.

Daha ciddi problemlərlə Çin üzləşə bilər

Genişmiqyaslı aclığın Çini daha çox təhdid edəcəyi ilə bağlı ehtimallar da səslənməkdədir. Beləki Çin Kənd Təsərrüfatı nazirliyinin məlumatına görə, pandemiya səbəbindən yaranan iqtisadi şok bütün beynəlxalq təcarəti vurmaqda davam edir. Bu da ciddi qlobal ərzaq böhranına səbəb ola bilər. Nazirliyin məlumatında pandemiyanın indiyə qədər müxtəlif ölkələrlə qurulan ticari əlaqələrə ciddi zərər vurduğunu qeyd olunur.

Amerika risk altında

Əgər koronavirus Venesuelanı, Hondurası, Salvadoru və istənilən digər Latın Amerikası ölkələrini sıxarsa bu qısa müddətdə Amerika Birləşmiş Ştatlar üçün ciddi risk deməkdir.

Təkcə son bir neçə il ərzində təxminən 5 milyon Venesuelalı, Nikolas Maduronun diktaturasından və iqtisadi xaosdan qaçaraq müxtəlif ölkələrə sığınıb. Bu insanların bəziləri qonşu Kolumbiyaya piyada gedib və hazırda da onların bir çoxu Kolumbiyanın paytaxtındakı gecəqondularda yaşayır. Həmin adamlar pandemiyaya qədər Kolumbiyada küçə ticarəti ilə məşğul olublar. Amma indi bu fəaliyyət qadağan olunub. Bu adamların böyük əksəriyyəti hələ də birtəhər Mərkəzi Amerika və Meksika vasitəsilə arzuladıqları ABŞ-a getmək istəyir. Onların neçəsi koronavirus daşıyıcısıdır, bunu heç kim bilmir.

Bu həftə BMT Baş Assambleyası bütün dövlətləri spekulyativ qiymət artımına və müxtəlif zəruri malların həddindən artıq lazımsız yığılmasına dərhal son qoymağa çağıran qətnamə qəbul edib. Afrika liderlərinin şikayət etdiyi problem də məhx budur budur. Ancaq bu günə qədər yalnız Çin dünya birliyi üçün zəruri olan tibbi ləvazimat ixracını məhdudlaşdırmaq niyyətində olmadığını bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG