Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 05:21

İlham Əliyev video ilə nazirləri topladı


Videokonfrans

Bugün, aprelin 14-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışıb. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan dövlət başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlandığını bildirib.

İqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən prezident İ.Əliyev ilin birinci rübünün iqtisadi göstəricilərindən də danışıb.

Sonra maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və kənd təsərrüfatı naziri İnam Kərimov məruzə ediblər.

XS
SM
MD
LG