Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:17

ABŞ keçmiş nazirin məhkum edilməsindən narahatdır


Irakli Okruashvili
Irakli Okruashvili

Gürcüstanda müxalifət lideri və keçmiş müdafiə naziri Irakli Okruashvili ötən iyunda kütləvi etirazlar zamanı baş vermiş zorakılığa görə beş il həbsə məhkum edilib. Birləşmiş Ştatlar isə məhkəmənin işinə siyasi müdaxilədən narahatlığını bildirib.

Okruashvili “Qalib Gürcüstan” müxalifət partiyasının lideridir. O, iyunun 20-21-də parlament qarşısındakı iğtişaşlarla əlaqədar ötən iyulda saxlanıb. O zaman rusiyalı deputat Sergei Gavrilov-un parlamentdə spikerin yerinə keçməsi Rusiyanın bu kiçik ölkəyə arzuolunmayan təsirini yada salmış, minlərlə insan etiraza çıxmışdı.

“Ədalətdən selektiv istifadə”

Etirazlar bir neçə həftə çəkmişdi, müxalifət partiyaları mövcud seçki sisteminin hakim Gürcü Arzusu partiyasına fayda verdiyini deyir, 2020-ci ildən proporsional sistemə keçməyi tələb edirdilər.

Aprelin 13-də Tbilisi Şəhər Məhkəməsi Okruashvili-ni yürüşlərdə baş vermiş zorakılığın təşkili və onda iştirakda təqsirli bilib. Tbilisidəki ABŞ səfirliyi isə aprelin 14-də yaydığı bəyanatında bildirir ki, bu iş “siyasi müdaxiləy”ə, “ədalətdən selektiv istifadə”yə bərabətdir.

Güc strukturları tərəfindən zorakılıqla yatırdılan etirazlardan sonra Birləşmiş Ştatlar və Avropa Birliyi Gürcüstan hökumətini, siyasi partiyaları və vətəndaş cəmiyyətini “dinc və sayqılı dialoq”a çağırmışdı.

Martın 8-də, ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə Gürcüstanın hakim və müxalifət partiyalarının liderləri seçki islahatları üzrə razılaşma əldə ediblər.

Səfirlik 14 aprel bəyanatında hökuməti və müxalifəti 8 mart razılaşmasının bəndlərinə əməl etməyə çağırır.

“Bu iş ədalətin qərəzsiz tətbiqinə kölgə salır – 8 mart Birgə Bəyanatı bu narahatlığı aradan qaldırmalıydı. Bütün imza atanları 8 mart razılaşmasının məzmun və ruhuna əməl etməyə çağırırıq”, – ABŞ səfirliyi bildirir.

XS
SM
MD
LG