Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 20:43

Rusiyalılar üçün Bakı və Yerevandan pulsuz avtobus təklifi


Tbilisidə etirazçılar, 24 iyun, 2019-cu il
Tbilisidə etirazçılar, 24 iyun, 2019-cu il

Rusiyalı turistlər üçün Bakı (Azərbaycan), Yerevan (Ermənistan) və Trabzon (Türkiyə) şəhərlərinin aeroportlarından pulsuz avtobuslar təşkil etmək təklif olunur. Gürcüstanın Mehmanxanalar və Restoranlar Assosiasiyasının rəhbəri Shalva Alaverdashvili Gürcüstanın İqtisadiyyat nazirliyinə belə bir təkliflə müraciət edib.

Alaverdashvili həmçinin təklif edib ki, Gürcüstana digər ölkələrdən, özəlliklə Baltik ölkələri, Ukrayna və Qazaxıstandan əlavə çarter reysləri təşkil olunsun.

İyunun 21-də Tbilisidə kütləvi etirazlardan sonra Rusiya Prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinə Gürcüstana reyslər təşkil etməyi qadağan edib.

Gürcüstan, Leselidze prospekti
Gürcüstan, Leselidze prospekti

Gürcüstanda etirazlara Tbilisi parlamentində keçirilən tədbir zamanı rusiyalı deputat Sergei Gavrilov-un spikerin yerində əyləşməsi səbəb olub. Bu hərəkət deputatları narazı salıb. Onlar tribunanı bağlayıb, Rusiyanın nümayəndə heyətinin zala girməsinə icazə verməyiblər. Bundan sonra rusiyalı deputatlar binadan mühafizənin müşayiətilə çıxıblar. Minlərlə etirazçı isə parlament binası qarşısına yığışıb.

Toqquşmalar zamanı polis rezin güllələrdən, gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edib. 21 iyun gecəsi 305 nəfər saxlanıb, azı 240 nəfər xəsarət alıb, onlardan 80-ni polis əməkdaşlarıdır.

XS
SM
MD
LG