Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:37

Asiyanın maska taktikası dünyaya indi çatır – Qərb mediası


Fələstinli şirniyyatçının bişirdiyi tort
Fələstinli şirniyyatçının bişirdiyi tort

Hökumət sizə hələ də koronavirusa qarşı maska geyməyi tövsiyə etməyibsə, bir neçə həftəyə edəcək. “CNN”in əməkdaşı James Griffiths yazır ki, Asiyada bu taktikanı böhran başlanandan qəbul ediblər və yoluxmaların azalması, epidemiyanın daha tez önlənməsi ilə nəticələnib.

Dünyanın qalan hissəsində isə maska taxmaqla bağlı qarışıq mesajlar veriblər, səhiyyə rəsmiləri, siyasətçilər, media xadimləri əminliklə iddia ediblər ki, maskanın virusun yayılmasına xeyri yoxdur, adamlar bundansa əllərini yusunlar, fiziki məsafə saxlasınlar.

Hətta ABŞ-ın Baş həkimi Jerome Adams fevralın sonunda böyük hərflərlə tvit atmışdı ki, “MASKA ALMAĞI DAYANDIRIN!”

Elə həmin həftə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) Direktoru Robert Redfield konqresmenlər qarşısında çıxış edəndə ondan soruşdular ki, adamlar maska taxmalıdırlarmı, “Xeyr” o cavab vermişdi.

Müəllif indi Redfield-in bundan əmin olmadığını yazır. Bazar ertəsi NPR-a müsahibəsində deyib ki, CDC təlimatlarını yenidən nəzərdən keçirir və infeksiyalara qarşı maska taxılmasını tövsiyə edə bilər.

Araşdırmalar maskanın rolunu sübut edib

Kaliforniya Universitetindən mikrobiologiya üzrə ekspert Adrien Burch isə yazırdı ki, “maskaların işə yaramadığını eşidirik, amma bu iddianı dəstəkləyəcək elə güclü dəlil yoxdur. Çünki belə dəlil mövcud deyil”.

Müəllifin fikrincə, əks arqumenti əsaslandıran dəlil isə var: maskalar mövcud pandemiya kimi virus infeksiyalarının önlənməsinə kömək edir.

Burch bir araşdırmaya istinad edirdi, 2003-cü ildə SARS epidemiyası zamanı maska taxmağın faydası sübut olunmuşdu. Pekində yayılma ilə bağlı bir araşdırma isə üzə çıxarmışdı ki, “ictimai yerlərdə daimi maska taxmaq SARS epidemiyasına yoluxma riskini 70 faiz azaldıb”.

SARS da Covid-19 kimi respirator xəstəlikdir, koronovirus adlanan virus ailəsi tərəfindən törədilir.

Müəllif yazır ki, SARS da yayılanda ən pis durum Asiyada, özəlliklə Çində və Honq Konqda idi. O dövrün mirası indiki pandemiyada özünü göstərdi, yeni virus yayılan kimi region əhalisi özünü qorumaqdan ötrü maska taxmağa başladı. Hökumətlər də əhaliyə ictimaiyyət arasında maska taxmağı tövsiyə elədi.

Honq Konq Universitetinin Tibb Məktəbindən yoluxucu xəstəliklər üzrə mütəxəssis Ivan Hung CNN-ə deyib ki, “Honq Konqdan gələn məlumatlara baxsaz, maska taxmağın infeksiyaya nəzarətdə ən vacib şey olduğunu görərsiz”.

Maska təkcə koronovirus deyil, qripə yoluxmaları da azaldır. Faktiki indi qrip mövsümüdür, amma heç qripə yoluxma görmürük. Çünki maskalar əhalini təkcə koronovirusdan deyil, qrip viruslarından da qoruyub”, – o vurğulayıb.

Avropa koronovirus böhranına necə sürükləndi

Sən demə, Avropanı koronovirus böhranı bürüməmişdən cəmisi bir ay öncə hökumətlər Brüsselə deyiblər ki, səhiyyə sistemləri tam hazırdır, əlavə sifarişlərə ehtiyac yoxdur. Bir ay sonra isə maska, süni nəfəs aparatları, test komplektləri axtarışlarına başlayıblar. “Reuters” agentliyi AB-nin eksklüziv sənədlərini əldə edib.

Hazırda Avropada da maska və tibbi avadanlıq qıtlığı yaşanır. Avropa Komissiyasının dəyərləndirməsinə görə, AB ölkələrində müvafiq məhsullara ehtiyac adi haldakından 10 dəfə yüksəkdir.

“Hər şey nəzarət altındadır”, – Avropa Komissiyasının rəsmisi fevralın 5-də üzv ölkə diplomatları ilə qapalı toplantıda deyibmiş. Bundan cəmi 2 həftə öncə Çin Hubey vilayətində təxminən İtaliyanın əhalisi boyda, 60 milyona qədər adamı karantinə almışdı.

“Reuters” AB-nin icraedici qurumunun sözçüsündən soruşub ki, Avropanın reaksiyası həddə artıq ləng olmayıb ki. “Komissiya yanvardan üzv dövlətləri dəstəkləməyi təklif edib”, – sözçü deyib.

Agentlik yazır ki, AB hökumətləri vəziyyətin ağırlığını martdan dərk etməyə başlayıblar, amma onda da birgə hərəkət etmək əvəzinə proteksionist tədbirlərə əl atıblar, qonşularına tibbi avadanlıq ixracını əngəlləyən qaydalar tətbiq ediblər.

Hər ay İtaliyanın tibbi işçilərinə 90 milyon üz maskası lazımdır, ölkədə bunun cüzi bir hissəsi mövcuddur. Fransa ötən həftə 1 milyarddan çox maska sifariş edib və zavodlar süni nəfəs aparatları istehsalına başlayıblar.

XS
SM
MD
LG