Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:30

ABŞ-da əhalinin 80 faizi evdə oturub


ABŞ-da hərbçilər yeni səhra hospitalı qurur, 31 mart, 2020-ci il
ABŞ-da hərbçilər yeni səhra hospitalı qurur, 31 mart, 2020-ci il

Aprelin 1-də daha dörd ABŞ ştatı sakinlərinə evdən çıxmamaq göstərişi verib. İndi artıq 34-dən artıq ştatda COVID-19 epidemiyasına görə evdə qalmağa üstünlük verirlər. Ölkədə virusdan ölənlərin sayı 5 mini keçib.

Florida, Corciya, Missisipi və Nevada ştatlarının qubernatorları əhaliyə tapşırıb ki, yalnız vacib alış-veriş, məsələn ərzaq almağa evdən çıxsınlar. İndiyədək 29 ştatda və Kolumbiya Dairəsində bu siyasət tətbiq olunur. Bu ərazilərdə ABŞ əhalisinin 80 faizi yaşayır.

Artıq Birləşmiş Ştatlarda koronavirusdan 5 min 137 nəfər dünyasını dəyişib.

ABŞ-da ölüm sayı İtaliyadan (13 min 155), İspaniyadan (9 min 397) az olsa da, 215 min 417 yoluxma ilə dünyada öndə gedir.

Amerika tibb ekspertlərinin proqnozlarına görə, amerikalılar pandemiyanı yavaşıtmaq üçün evdə qalmağa davam etsələr, COVID-19-dan 100 min- 240 min adam ölə bilər.

Nyu York ştatı pandemiyanın episentri sayılmaqdadır. Qubernator Andrew Cuomo aprelin 1-də polisə deyib ki, fiziki məsafə qaydalarını daha kəskin tətbiq etsinlər. Ştatda oyun, basketbol meydançaları, oxşar məkanlar bağlanıb.

Çini yalan danışmaqda suçlayırlar

ABŞ Senatoru isə Çin Kommunist Partiyasını yalan danışmaqda, koronavirus pandemiyası haqda “zibil propaqanda” yaymaqda ittiham edib.

“Birləşmiş Ştatlarda koronovirusdan ölüm hallarının Çindən daha çox olması iddiası saxtadır”, – Senator Ben Sasse aprelin 1-də bəyanatında deyib.

Bloomberg ötən həftə Ağ evə kəşfiyyat hesabat təqdim edildiyini yazandan sonra respublikaçı senator belə bir bəyanat verib. O, Senatın Kəşfiyyat Komitəsinin üzvüdür.

“Hər hansı məxfi informasiyaya şərh verməmişdən bunun ağrılı şəkildə aşkar olduğunu demək lazımdır: Çin Kommunist Partiyası rejimi qorumaqdan ötrü koronovirus haqda yalan danışıb, danışır və danışmaqda davam edəcək”, – Sasse deyib.

Bloomberg ABŞ kəşfiyyat məmurlarına istinadla yazıb ki, Çin Vuhanda epidemiya başlanandan sonra yoluxmalar və ölüm halları barədə məlumatları bilərkdən natamam verib.

Aprelin 1-nə olan məlumata görə, Çində rəsmən 82 min 361 yoluxma, 3 min 316 ölüm halı qeydə alınıb.

ABŞ-da isə virusa 216 min 721 nəfər yoluxub, 5 min 137 nəfər ölüb.

Nümayəndələr Palatasının respublikaçı üzvü Michael McCaul isə Çinin COVID-19 ilə mübarizədə “etibarlı tərəfdaş olmadığını” söyləyib.

“Onlar virusun insandan insana keçməsi haqda dünyaya yalan danışıblar, həqiqəti söyləməyə çalışan həkimləri və jurnalistləri susdurublar, indi isə xəstəliyə məruz qalmış adamların real sayını gizlətməyə çalışırlar”, – McCaul bəyanatında deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG