Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Rusiya ABŞ-a yardım göndərir


Donald Trump (solda) və Vladimir Putun
Donald Trump (solda) və Vladimir Putun

Rusiya Birləşmiş Ştatlara koronovirus epidemiyası ilə mübarizə məqsədilə hərbi təyyarə ilə tibbi avadanlıq göndərdiyini bildirir.

Rusiyanın Rossiya 24 dövlət televiziyası aprelin 1-də təyyarənin Moskva yaxınlığında hərbi bazadan qalxdığını göstərib.

ABŞ Prezidenti Donald Trump martın 30-da rusiyalı həmkarı Vladimir Putin-lə telefon söhbətində pandemiyaya qarşı tədbirləri müzakirə etmişdi. Yardımın da həmin söhbətin nəticəsi olaraq göndərildiyi bildirilir.

“Trump humanitar yardımı minnətdarlıqla qəbul edib”, – Interfax xəbər agentliyi martın 31-də Kremlin sözçüsü Dmitry Peskov-a istinadla yazıb.

Moskva tənqid olunur

Vaşinqton uçuşu təsdiqləməsə də, Trump martın 30-da brifinqdə Rusiyadan yardımın qəbul olunması haqda danışıb.

Moskvanın bir sıra tənqidçiləri bildirirlər ki, Rusiya bu yardımlardan dezinformasiya və təbliğat kampaniyası üçün istifadə edir, xaricə qorxu yayır, ölkədə Putinin imicini gücləndirir. Bu yaxınlarda İtaliyaya yardım, onlarla ekspert göndərilib.

Trump Putin-lə sıx əlaqələri ilə öyündüyü bir dönəmdə ona Moskvanın bu addımlar vasitəsilə nüfuz qazanmağa çalışması haqda xəbərdarlıqlar səslənir.

Aprelin 1-nə olan məlumata görə, ABŞ-da pandemiyadan ölənlərin sayı 4 min nəfəri keçib. Bir gün öncə amerikalılara deyilib ki, “çox ağrılı” həftələrə hazır olsunlar, potensial ölü sayı 100 mini keçə bilər.

Hökumət böyük şəhərlərin yaxınlığında müvəqqəti xəstəxanalar tikməyə, tibb ocaqları üzərindəki gərginliyi azaltmağa çalışır.

Rusiyada da son günlər koronavirusa yoluxanların sayında sıçrayış var, amma yenə də digər Avropa ölkələrindən azdır. Rəsmi məlumatlara görə, 2 min 777 nəfər virusa yoluxub, onlardan 24 nəfər vəfat edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG