Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 06:04

Tacikistan koronovirus xəbərlərinə mane olur


Radio Ozodi-nin Düşənbə bürosu

AzadAvropa/AzadlıqRadiosunun Prezidenti Jamie Fly Tacikistan hökumətini radio jurnalistlərinin bu ölkədə koronavirus pandemiyasını işıqlandırmasını əngəllədiyinə görə tənqid edib.

Fly informasiyaya “həmişəkindən daha artıq ehtiyac olduğu bir vaxtda” hökumətin Radio Ozodinin fəaliyyətinə mane olmaq cəhdlərindən məyusluq bildirib.

Fly martın 31-də Tacikistanın Xarici işlər naziri Sirojiddin Muhriddin-ə məktubunda etirazını dilə gətirib.


Jurnalistlərə akkreditə verilmir

Aprelin 1-də nazirlik Radio Ozodi jurnalistlərinin akkreditasiya üçün müraciətlərinə baxmalıdır.

Oktyabrın sonundan qurum radionun 18 jurnalistinə bir illik akkreditəni vermir, halbuki akkreditə noyabrın 1-də bitib.

Nazirliyin yanvarın 21-də bildirməsinə görə, büronun sürücüsü daxil olmaqla dörd əməkdaşına altı aylıq akkreditə verilib. Yeddi jurnalistin akkreditə məsələsi isə açıq qalır. Onların içində büronun iki keçmiş rəhbəri də var, radionun Tacikistan xidməti məhz akkreditəyə görə onları hər dəfə dəyişməli olub.

AzadAvropa/AzadlıqRadiosunun prezidenti deyir ki, hakimiyyət Radio Ozodinin jurnalistləri ilə görüşlərdən imtina edir, onları səhiyyə brifinqlərindən kənarlaşdırıb.

“Nə qədər qəribə də olsa, bunun virusla bağlı fəal xəbərləmə işimizlə bağlı olmasından şübhələnirik, sonucda hökumət ötən həftə Ozodinin vebsaytını qadağan edib, bu xəbərləməyə senzura qoyub”, – Fly deyib.

Çin və Əfqanıstanla həmsərhəd, Orta Asiyada yoxsul ölkə sayılan Tacikistanda Radio Ozodi böyük iş görür. Tənqidçilər hökumətin pandemiyaya ləng reaksiya verdiyini deyir.

Fly bu hərəkətləri “Ozodi üçün işləyənlərə, onların nəyi xəbərləməsinə nəzarət cəhdi” kimi pisləyib, Tacikistan Prezidenti Emomali Rahmon-un ötən il radioya verdiyi vədə xəyanət adlandırıb.

Prezident Ozozi əməkdaşlarının qısnanmasına və təhdid olunmasına yönəlik digər cəhdləri də pisləyib. Hökumətin bəzi rəsmiləri akkreditənin verilməməsini alqışlamış, Ozodi jurnalistlərini “təhrikçilik”də və “hökumətə sadiq olmamaqda” suçlamış, xidmətin Düşənbə bürosunu “casusluq və tədqiqat yuvası” adlandırmışdı.

XS
SM
MD
LG