Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:33

AzadlıqRadiosunun tacik bürosuna akkreditə verildi, amma...


Jamie Fly
Jamie Fly

Tacikistanın Xarici İşlər Nazirliyi AzadAvropa/AzadlıqRadiosunun Düşənbə bürosunun yeddi müxbirinin akkreditəsini yeniləyib. Ancaq onlara nazirliyin qaydalarına uyğun olaraq birillik akkreditə verilməyib.

Radionun tacik xidmətinin rəhbəri Salimjon Aiubov oktyabrın 31-də deyib ki, Ozodi radiosunun altı jurnalistinə altı aylıq, birinə isə cəmi 3 aylıq akkreditə verilib.

Noyabrın 1-də Ozodi-nin 9 jurnalistinin akkreditəsi bitirdi. Nazirlik büro rəhbərinin vəzifəsini icra edən əməkdaşın və daha bir jurnalistin iş icazəsini yeniləməyib. Bu qərara rəsmi izahat verilməyib.

Ümumilikdə isə hazırda Ozodi-nin 11 jurnalist və administrativ işçisinin akkreditəsi yoxdur.

Radio “təzyiqə boyun əyməyəcək”

AzadAvropa/AzadlıqRadiosunun Prezidenti Jamie Fly Tacikistanın Xarici işlər naziri Sirojiddin Muhriddin-ə məktub yazıb. Məktubda deyilir ki, tacik xidmətinin bəzi üzvlərinə akkreditə verilməməsi təşkilatın bu ölkədəki jurnalistlik missiyasını əngəlləyir.

“Narahatlığımızı yoluna qoymaq əvəzinə, nazirliyiniz bizim çoxsaylı akkreditə müraciətlərimizə yalnız dünən cavab verib, akkreditələrin qismən verilməsi jurnalistlərimizin fundamental iş hüququnu pozur”, – Fly yazıb.

Prezident deyib ki, Radio “həm Tacikistandan, həm də bu ölkə haqda xəbərləmə işinə təzyiqə boyun əyməyəcək”. O, nazirliyi “Ozodi-nin jurnalistlərinin hamısına dərhal akkreditə verməyə, onlara öz işini görməyə şərait yaratmağa” çağırıb.

Tacikistan qanunvericiliyi xarici media jurnalistlərinin akkreditəsiz çalışmasını qadağan edir. AzadlıqRadiosu bu ölkədə beynəlxalq media təşkilatı kimi fəaliyyət göstərir.

Tacikistan akkreditədən təzyiq taktikası kimi istifadədə suçlanır. ATƏT-in Media Azadlığı üzrə Təmsilçisi Harlem Desir ötən həftə deyib ki, “akkreditədən iş icazəsi kimi istifadə olunmamalıdır”. O, Düşənbəni Ozodi jurnalistlərinə akkreditə verməyə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG