Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 03:40

Azərbaycan neftinin qiyməti 19 il əvvəlki səviyyədə


Neft platforması

Bugün, martın 31-də dünyada «Azeri Light» markalı neftin bir barrelinin qiyməti 2.62 dollar ucuzlaşaraq 19.23 dollar təşkil edib.

Halbuki, Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin bir barreli 55 dollara götürülüb. Bu ayın əvvəlindən neftin qiymətində ucuzlaşma davam edir.

İndiyə qədər Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19.15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.

Multimedia

XS
SM
MD
LG