Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 08:46

Atambayevin məhkəməsi bir həftəliyə təxirə salınıb


Almazbek Atambaev və tərəfdarları

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin məhkəməsi bir həftəliyə təxirə salınıb. Martın 23-də proses başlanan kimi Atambayevin qan təzyiqi düşüb və proses martın 30-na keçirilib.

Hakim prosesin qapalı keçirilməsi ilə bağlı qərar verdiyinə görə məhkəmədən kənarlaşdırılması üzrə müdafiə tərəfinin vəsatətini rədd edib.

Vəkillər deyiblər ki, bu addıma görə Atambayevin prosesə “inamı yoxdur”.

***

Bu gün Atambayevin məhkəməsi başlanır

Martın 23-də Qırğızıstanda keçmiş prezident Almazbek Atambayev və daha 13 təqsirləndirilənin məhkəməsi başlanır. Onlar ötən il Atambayevin Bişkekdəki iqamətgahında təhlükəsizlik qüvvələri ilə toqquşmalarla bağlı ittiham olunurlar.

Bişkekdəki Bir May məhkəməsi martın əvvəlində məhkəmənin qapalı keçiriləcəyi barədə qərar çıxarıb.

Ötən ilin avqustunda Atambayevin Koi-Taşdakı iqamətgahına təhlükəsizlik əməkdaşları göndərilib. O, Daxili İşlər Nazirliyinin dindirilmə çağırışlarına tabe olmamışdı. Atambayev 2013-cü ildə kriminal bosun həbsdən qanunsuz buraxılmasında iddia olunan roluna görə dindirilməyə çağırılırdı.

Atambayev polisə iki gün çəkən zorakı qarşıdurmadan sonra, avqustun 8-də təslim oldu. Toqquşmalar zamanı 47 yaşlı təhlükəsizlik əməkdaşı Usenbek Niyazbekov həlak olub, 170 çox adam yaralanıb.

Atambayev və daha 13 təqsirləndirilən qətldə, qətlə cəhddə, hakimiyyət nümayəndəsini təhdid etməkdə, yaxud ona hücumda, girov götürmədə, hakimiyyətin zorla qəsbində suçlanır.

Onlar təqsirli olmadıqlarını deyir, cinayət işini siyasi motivli adlandırırlar. Daha dörd təqsirləndirilən isə günahlarını etiraf edib, ayrıca mühakimə olunacaqlar.

XS
SM
MD
LG