Keçid linkləri

Təcili xəbərlər
2020, 09 İyul, Cümə axşamı, Bakı vaxtı 06:22

90 faiz qadınlara qərəzli yanaşır


İllüstrativ foto

Yeni araşdırma dünyada həm kişilərin, həm də qadınların böyük hissəsinin qadınlara qərəzli yanaşdığını üzə çıxarıb.

BMT-nin İnkişaf proqramı (UNDP) martın 5-də Gender Sosial Normalar İndeksini yayıb. İndeks sosial inancların siyasət, iş, təhsil sahələrində gender bərabərliyini necə önlədiyini ölçüb. Araşdırma dünyanın 75 ölkəsini, dünya əhalinin 80 faizindən artığını əhatələyir.

Araşdırmaya görə, kişilər və qadınlar arasında bərabərsizlik uçurumunun onillər boyunca tədricən qapanmasına baxmayaraq, kişi və qadınların 90 faizə yaxını qadınlara hansısa formada qərəz nümayiş etdirir. Bu, isə qadınların bərabərlik əldə etməsi yolunda üzləşdiyi gözəgörünməz baryerlərə yeni işıq salır.

Yeni indeksə görə, dünyada kişi və qadınların yarıya qədəri düşünür ki, kişilərdən daha yaxşı siyasi liderlər çıxır.

40 faizdən çoxunun fikrincə, kişilər daha yaxşı şirkət rəhbərləri olurlar, iş azdırsa, kişilərin ona daha çox hüququ çatır.

28 faiz deyib ki, kişinin qadını döyməsi əsaslıdır.

30-dək ölkədə qadınlara qərəzin necə dəyişdiyi də araşdırmada əksini tapıb. Bəzi ölkələrdə irəliləyiş, bəzilərində isə qadınlara münasibətin pisləşdiyi üzə çıxıb.

İndeksə görə, 2010-2014-cü illərdə Azərbaycanda əhalinin 99,14 faizi qadınlara qarşı azı 1 mənfi münasibət sərgiləyib. Cəmi 0,86 faizin qadınlara heç bir qərəzi olmayıb.

XS
SM
MD
LG